Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerikin icra başçısının müavininin bahalı maşınları, malikanələri, obyektləri və avtoş oğlu... - Fotolar


Dəbdəbəli həyat sürən Lerik icra başçısı müavininin oğlu da avtoş çıxdı


Cəlil Baxşıyev yüz hektarlarla torpaq sahəsinin, restoranların, minlərlə qoyun və yüzlərlə mal-qaranın, paytaxtda bahalı evlərin və lüks avtomobillərin sahibidir.

Kiçik bir araşdırma bəs edər ki, üzdə kasıb görünən vəzifə sahiblərinin, sahib olduqları villalar, gizli biznesləri, gəzdikləri lüks maşınlar və daha nələr əldə etdiklərini ortaya çıxar. Əgər araşdırsaq görərik ki, bütün bunlar halal zəhmətlə ərsəyə gəlməyib. Bu səbəbdən də bu var - dövlətin fəsadları ölkəni silkələyir... Və nəhayət, bütün bunlardan sonra ciddi bir sual yaranır: Bu imkan onlarda haradandır? Maaşla dolanan başqa gəliri olmayan bu məmurlar mülklərə və var - dövlətə necə sahib olurlar? 

Redaksiyaya göndərilən məlumatların bir qismi elə harınlamış məmur və balalarının dəbdəbəli həyatından bəhs edir. Bizə düşəndə bu məmurların cəmiyyətdən uzaq tutmağa çalışdıqlarını ictimailəşdirib ölkə başçısını məlumatlandırmaqdı. Prezidentimiz bütün çıxışlarında orbitindən çıxan məmur v balalarının etdikləri qüsurları görmək üçün jurnalistlərdən eləcədə ölkə vətəndaşlarından kömək istəyib. Çünki, son günlərə qədər ölkədə baş verən məmur özbaşınalığı bunlara əyani sübutdur.

Belə məmurlardan biri də Lerik icra başçısının müavini Cəlil Baxşiyevdir. Sözü gedən rayonda hamı bilir ki, rayonda hərci- mərclik yaranıbsa, hansısa qalmaqal varsa, demək orada cənab Baxşiyevin rolu danılmazd.. Sübut kimi deyə bilərik ki, icra başçısının məzuniyyətdə olduğu dövürdə Baxşəliyev xan həzrətləri rayonda öz sultanlığın quraraq məmurlardan haqq tələb edərək onları cəzalandırmaqla məşğul olob. Bu barədə qısa Zaman öncə mətbauatda yayılan və təkzib olunmayan məlumatda bildirilirdi. 

Картинки по запросу 9 qardaş

Lerikdən redaksiyamıza daxil olan məluma görə, rayonda yaranan narazılıq bununla bitmir. Gələn xəbərlərdə deyilir ki, ilin bütün fəsillərində özündən razı müavin dəbdəbəli həyat  sürür və bahalı avtomobillərə də sahibdir. Və, o belə yaşamdan həzz alır. Başçı müavinin belə həyatı övladınada təsir edib. Bu səbəbdən müavin oğlu rayona gəldikdə, atasinin adindan isdifadə edib, özbaşınalıqlarla məşğul olur. Rayonda zorakılığı və hikkəsi ilə seçilən, rahat həyat yaşamağa öyrənən məmur oğlu “zerkalni” nömrələrlə bahalı avtomobillər sürür. Və aftoşluq edərək qanun tanımır. Atası isə onu cəzalandırmaq əvəzinə pul verərək istədiyini et, deyə “marifləndirir...”

Redaksiyamıza verilən məlumatda deyilir ki, Cəlil Baxşiyevin varidatı bununla bitmir. O, yüz hektarlarla torpaq sahəsinin, restoranların, minlərlə qoyun və yüzlərlə mal-qaranın, paytaxtda bahalı evlərin və lüks avtomobillərin sahibidir. Növbəti yazılarda bunlarla da bağlı geniş məlumat verməyə çalışacağıq...

Sonda xatırladaq ki, Cəlil Baxşıyev eyni zamanda Lerikkdə Yeni Azərbaycan Partiyasına rəhbərlik edir. Və onun hakim partiya üzvlərinə göstərdiyi nümunə də ortadadır...

Rayonun ikinci sahibi adlanan Cəlil Baxşiyevin sahib olduğu malikanələr, evlər, obyektlərlə bağlı redeksiyanın elektron ünvanına fotofaktlar göndəriblər. Həmin fotoları təqdim edirik:

Mənbə: Azerinews.tv

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar