Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Tbilisidə keçirilən “Canlı həyat” sərgisinin açılışında


Tbilisidə IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Canlı həyat” (Live Life) sərgisinin açılışı olub


Sərgi Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında baş tutub. 

Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Tbilisi meri Kaxa Kaladze və onun modelyer həyat yoldaşı Anuki Areşidze, Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir.

Tədbiri Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədindən danışıb.

Sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L.Əliyevanın 11 rəsm əsəri nümayiş olunub. “Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.

Sərgidə azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aysel Heydərova, Timur Özdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.

Sərgi dekabrın 31-dək davam edəcək. (oxu.az)

pia.az













Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar