Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva rusiyalı tələbələrlə görüşdü - Fotolar


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva Azərbaycanda səfərdə olan rusiyalı tələbələrlə görüşüb


Leyla Əliyevanın dəvəti ilə iyunun 26-da Azərbaycana gələn 18 nəfərlik tələbə heyətinin üzvləri bu səfərin “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsindən məmnun qaldıqlarını bildiriblər. 

Gənclər Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdiklərini və bu möhtəşəm şounun onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.

Görüşdə AzərbaycanRusiya gəncləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə koordinasiya bürosunun yaradılması, AMOR-un fəaliyyəti ilə bağlı informasiyaların internet saytlarında və sosial mediada daha operativ və hərtərəfli işıqlandırılması məsələləri müzakirə edilib.

Rusiyalı tələbələr Azərbaycana bu səfərin təşkilinə göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Bakıda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeylə tanış olduqlarını, eləcə də paytaxtın tarixi və müasir məkanlarını ziyarət etdiklərini bildiriblər. Tələbələr Azərbaycan dövlətinin gənclərə - ölkənin gələcəyinə olan qayğısının onları heyran etdiyini deyiblər. Gənclər, həmçinin Quba Soyqırımı Memorial Kompleksində olublar və 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib və ölkələrimiz arasında gənclərin gələcək əməkdaşlığına dair tövsiyələrini verib.(axşam.az)







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar