Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyevadan fotomüsabiqə


Heydər Əliyev Fondunun vitse-preziodenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskva şəhərinin Mədəniyyət departamenti ilə birlikdə “Aze Project”in informasiya dəstəyi ilə həvəskar fotoqraflar üçün “Best summer photo of 2014. Azerbaijan” açıq fotomüsabiqəsi elan edir


Müsabiqəyə 16 yaşından 35 yaşınadək gənclər dəvət olunur.

Öz foto bacarığını nümayiş etdirmək istəyənlər 4 meqabaytdan az olmamaq şərti ilə 300 dpi göstəricisi ilə çəkdikləri fotoşəkilləri, habelə özləri barədə qısa informasiyanı (müəllifin soyadı, adı, atasının adı, əlaqə telefonu, fotoşəklin adı, çəkiliş yeri) 2014-cü il avqustun 31-dən gec olmayaraq aşağıdakı elektron ünvana göndərə bilərlər: [email protected]

“Best summer photo of 2014. Azerbaijan” fotomüsabiqəsi 5 tematik bloka bölünüb:

1) Bakı. Arxitektura (memarlıq abidələri, gəzməli yerlər, şəhər mənzərələri);

2) Peyzajlar (Azərbaycan mənzərələri);

3) Turizm və idman (dəniz, dağlar, idman tikililəri, ilk Avropa oyunlarına hazırlıq);

4) Ekologiya (göl və çay mənzərələri, insan ilə ekologiya arasında qarşılıqlı münasibət, təbiət və onun sərvətləri);

5) Azərbaycanlılar (tanınmış insanların fotoşəkilləri) ;

6) Moskva azərbaycanlıların gözü ilə.

Hər bir iştirakçı hər kateqoriya üzrə yalnız 4 fotoşəkil təqdim edə bilər.

Ən yaxşı işlər bu il sentyabrın ortalarında Moskvada keçiriləcək “Total Art” sərgisində nümayiş etdiriləcək. Müəlliflər diplom və qiymətli mükafatlarla təltif ediləcəklər. Hər nominasiya üzrə qalibə pul mükafatı veriləcək.

Öz işini “Instagram” əlavəsində dərc etdirmək istəyənlər #totalartaz и #viewfromazerbaijan qeydi etməlidirlər. Bu əlavədə daha çox “layk” toplamış fotoşəklin müəllifi əlavə mükafat alacaqdır.

Mükafatların təqdim olunması mərasimində maraqlı bədii proqram təqdim ediləcək.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar