Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyevanın təşəbbüsü ilə intellektual oyun keçirildi



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, turnirdə 22 komanda iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılır. O deyib: “Bu gün Azərbaycan inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Büllür bayquş” mükafatının sahibi Vladimir Antoxin turnirin aparıcısı olub. Sualları “Nə? Harada? Nə zaman?” oyununun əfsanəvi oyunçusu, “Büllür bayquş” mükafatının sahibi Rövşən Əsgərov təqdim edib.

Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. RF Hökuməti yanında Maliyyə Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi olub. Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.

Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan, istərsə də rus millətindən olan üzvləri iştirak ediblər. Gecənin aparıcısı V.Antoxin AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “İştirakçılar mənim çox xoşuma gəldi. Yetərincə erudisiyalı və məlumatlı gənclərdir. Beş ballı sistemlə götürsək, sualların çətinliyini dörd balla qiymətləndirmək olar. Hesab edirəm ki, uşaqlar yaxşı oyun göstərdilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar