Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus Avropa Oyunlarını boykot strategiyasını elan etdi


Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus bugünki mətbuat konfransında Repressiyalara qarşı Müqavimət Mərkəzinin 2015-ci ilin yayında Bakıda Avropa Oyunlarının boykot edilməsi məqsədilə hazırladığı strategiyanı və taktikanı elan edib


Olimpiya Hərəkatının əsas prinsipləri sülh, bərabərlik, humanizm, insanpərvərlik, insan hüquqları, tolerantlıqdır, - deyə Leyla Yunus qeyd edib. 

Bu mənada insan hüquqlarının pozulduğu Azərbaycanda oyunların keçirilməsi yolverilməzdir.

“Əlbəttə, Azərbaycanda qırmızı və ya qəhvəyi diktatura yoxdur. Lakin Azərbaycanda insan hüquqlarını tamamilə pozan avtoritar rejim var”, deyə Yunus bildirib.

Strategiya və taktikaya gəlincə, RMM Avropa Olimpiya Komitəsinə (AOK) və AOK-un Aİ-dəki nümayəndəliyinə Oyunların Bakıda keçirilməsi haqqında qərarı ləğv etmək çağırışı ilə müraciət edib.

Daha sonra RMM-in müxalifət partiyalarının, gənc fəalların və blogerlərin iştirak etdiyi 6 işçi qrupu Avropa ölkələrinin Olimpiya komitələrinə, məşhur idmançılara, beynəlxalq QHT-lərə, Rusiya, Ukrayna və Belarus QHT-lərinə, Avropa KİV-lərinə müraciətlər göndərəcək və onlarla əməkdaşlıq edəcəklər.

Britaniya və Almaniya mətbuatında artıq qarşıda duran oyunlar fonunda Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda materiallar işıq üzü görüb.

Yunus həmçinin qeyd edib ki, hakimiyyət tərəfindən təxribatlar gözləyir, amma geri çəkilmək niyyətində deyil.

Oyunların boykot edilməsinə nail olmaq nə dərəcədə realdır? Bu suala cavabda Yunus bildirib ki, qələbəyə inanan qələbə qazanır. Hakimiyyətin Oyunlarla bağlı böyük ümidləri var və bu amildən istifadə edərək, bir çox problemlərin həllinə nail olmaq lazımdır.

RMM görülmüş işlərin nəticələri haqqında müntəzəm olaraq məlumat verəcək.

Yunus həmçinin xatırladıb ki, bir müddət əvvəl RMM insan hüquqlarını kobud şəkildə pozan hakimlərin siyahısını elan edərək, onlara qarşı “Maqnitski” qanununa analoji olaraq sanksiyalar tətbiq etməyə çağırıb.

ABŞAvropada artıq müəyyən iş başlayıb və bu 6 hakim yaxın gələcəkdə viza sanksiyalarına məruz qalacaq. Yunus əmindir ki, prokurorluq müstəntiqlərini də bu aqibət gözləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar