Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus Baş Prokurorluqda dindirilir - (Yenilənib)


“Leyla Yunus hazırda Baş Prokurorluqdadır. Müstəntiq Ləmbəranski onu Rauf Mirqədirovun işi ilə əlaqədar sorğu-sual edir. Vəkil yanına buraxılmır”.



 Bu məlumatı bu dəqiqələrdə Mirvari Qəhrəmanlı paylaşıb. 

Hüquq müdafiəçisi qeyd edib ki, bu xəbəri ona Arif Yunus verib.

“Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu bu dəqiqələrdə həbs etdilər”.

Bu xəbəri öz facebook səhifəsində hüquq müdafiəçisi Miqvari Qəhrəmanlı yayıb.

M.Qəhrəmanlı daha sonra əlavə edib ki, hazırda L.Yunusun evinin qapısını sındırıb həyat yoldaşı Arif Yunusu da həbs etmək istəyirlər.

M.Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında L.Yunusun saxlanması ilə bağlı əlavə məlumat da verdi. Dedi ki, L.Yunus bu gün RATİ-yə gedərkən yolda saxlanılıb: Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində Milli Şuranın tədbiri olmalı idi. Leyla Yunus da həmin tədbirə gedəndə yolda saxlanılıb və polisə aparılıb".

Arif Yunus isə virtualaz.org saytına açıqlamasında hazırda evinin qarşısında mülki şəxslərin olduğunu təsdiqləyib: “Onlar 6 nəfərdir. Məni həbs etmək istəyirlər, amma qapını açmıram, vəkillərimi gözləyirəm. Buna baxmayaraq vəkillərimə də hələ zəng vura bilməmişəm”.

A.Yunus daha sonra həbsin necə baş verdiyini də açıqladı: "Leyla evdən çıxıb RATİ-yə tədbirə getmək istəyirdi. Onun əyləşdiyi maşına elə binanın həyətində hücum oldu. Maşını saxladılar və mülki geyimdə olan üç nəfər onu tutub başqa maşına oturtdu və naməlum istiqamətə apardı. Böyük ehtimalla onlar Baş Prokurorluğa aparıblar. İndi nə Leyla, nə də sürücüsü zənglərə cavab vermirlər".

M.Qəhrəmanlı isə virtualaz.org saytına deyib ki, onda olan məlumatlara görə, L.Yunusun və sürücüsünün telefonları zorla əllərindən alınıb: "Biz indi Leylanın hara aparıldığını dəqiqləşdirməyə çalışırıq".

Onu da qeyd edək ki, Leyla və Arif Yunus cütlüyünün adı Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun işində şahid kimi keçir. Yunuslar bu işlə bağlı Baş Prokurorluğa dəvət olunsalar da ora getməkdən imtina ediblər. Bu, artıq 4 dəfə baş verib.

P.S. Virtualaz.org saytının əməkdaşı hazırda Leyla və Arif Yunusların evindədir. Bu hadisə ilə bağlı əlavə məlumatlar verəcəyik.

Virtualaz.org


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar