Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus dostlarına müraciət göndərib


Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus “Vicdan Məhbuslarının Müqavimət Strategiyası” (VMMS) adlı yeni müraciət göndərib


Repressiyaların gücləndiyini iddi edən L.Yunus müdafiə komitəsinin köhnə strategiyasının işə yaramadığını bildirib və mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH) yaradılmasını təklif edib.

PİA.AZ "Turan"a istinadən bildirir ki, L.Yunus müraciətinin vəkillər vasitəsilə həbsdə olan siyasi məhbuslara təqdim olunmasını, hərəkata dəstək olmağı və KİV-lərdə işıqlandırılmasını xahiş edib. Müdafiə komitələrinə hərəkat üzvlərinin siyahılarının tərtib olunması təklifi irəli sürülüb.

Hərəkat adından AŞ Baş katibinə, AŞPA sədrinə Azərbaycanda repressiyaların dinamikasını göstərməklə Azərbaycanın AŞ Nazirlər Komitəsinə rəhbərliyinin yolverilməz olması haqda müraciətlər hazırlanması, deputatlar arasında paylanması təklif edilib. Hərəkat adından müvafiq Avropa Oyunları komitələrinə, bütün Avropa ölkələrinə, AŞ-ın hər bir komitəsinə ayrıca müraciətlər hazırlanması tövsiyə olunub.

L.Yunus hamıdan müqavimət göstərmək xahişi edərək həbsdə müqavimətsiz keçinməyin mümkünsüz olduğunu qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar