Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunus vəsiyyət edib


Penitensiar xidmətin bəyanatlarına baxmayaraq, həbs edilmiş hüquq müdafiəçisi Leyla Yunusun vəziyyətin gündən-günə daha da pisləşir


Bu barədə “Turan”-a müsahibəsində Yunus ailəsinin dostu və həkim Azad İsazadə bildirib.

Dünən o, L.Yunusla telefonla danışıb. Yunus mədəsində kəskin ağrılar olduğunu və 12 kq arıqladığını təsdiq edib: “Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir - 220. Təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib”.

İsazadə L.Yunusda Hepatit C-nin aktivləşdiyini və qara ciyərdəki proseslərin serroza apardığını ehtimal edir. L.Yunus özü ilin sonuna qədər yaşayacağına ümid etmir. “O deyib ki, hələ gücü var, vəkilləri ilə görüşlərə gedir, amma tezliklə bunu da edə bilməyəcək, hətta telefona da yaxınlaşa bilməyəcək”,- deyə İsazadə qeyd edib.

“Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Anasının qəbrinin harada olduğunu başa saldı. Vəsiyyət elədi ki, bir gündən artıq yas olmasın… O, həddindən artıq emosional idi və qızını unutmamağı xahiş etdi, həyat yoldaşı Arifin vəziyyətindən narahatlığını bildirdi”, - deyə İsazadə vurğulayıb.

İsazadə deyib ki, Arifə baş çəkən vəkillərin sözlərinə görə, onun səhhəti o qədər də pis deyil, saxlanma şəraiti də normaldır. Sonuncu dəfə o, kitab, yeməklərdən isə yalnız meyvə-tərəvəz gətirməyi xahiş edib.

Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarını nəzərə alaraq, İsazadə ilin sonuna qədər hakimiyyətin Yunus cütlüyünü azad edəcəyinə inanırmı? Bu suala cavabda İsazadə deyib: “Düzünü desəm, Leylanın son zənginə qədər inanırdım, ümidim var idi. Dünənki zəngdən sonra qorxuram ki, qərar qəbul etmək üçün vaxt qalmasın. Qorxuram ki, o, azad edilənə qədər yaşamasın…”, - deyə İsazadə qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar