Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusa çatmayan mükafat barədə bilmədiklərimiz


Avropa Parlamenti Saxarov adına “Fikir azadlığı” Mükafatını Konqo Demokratik Respublikasından olan həkim-ginekoloq Denis Mukveqe verib


Bu barədə Avropa Parlamentinin sədri Martin Şults özünün Twitter səhifəsində yazıb

50 min dollarlıq mükafat və...

Təqdimetmə mərasimi noyabrın 26-da Strasburqda keçiriləcək. 
Bildirildiyinə görə, 59 yaşlı Mukveqe müharibə zamanı seksual zorakılığa məruz qalan qadınların müdafiəsi yönündəki fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Mükafata namizədlər arasında Azərbaycandan hüquq müdafiəçisi, hazırda həbsdə olan Leyla Yunus, Ukraynanın “Avromaydan” hərəkatı (müğənni Ruslana Lıjiçko, Ukrayna özünü idarəedən tələbə assosiasiyasının prezidenti Yelizaveta Şepetilnikova və jurnalistlər Mustafa Nayem, Tatyana Çernovol) da olub.

Mükafat 1988-ci ildə təsis olunub. 

Avropa Parlamentinin iki müvafiq komitəsi 2014-cü il üçün Andrey Saxarov mükafatına üç namizədi seçərək səs veriblər.

Qalibi diplomla yanaşı 50.000 dollar məbləğində pul mükafatı gözləyir. 

Qalib 40 min təcavüz qurbanını müalicə edib

“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, Saxarov mükafatı barədə bəzi detalları araşdırıb. Öncə builki qalib barədə. Məlum olub ki, Mukveqe müharibə zamanı cinsi şiddətə məruz qalan qadınları Bukavuda qurduğu Panzi adlı xəstəxanada çox effektli şəkildə müalicə edib. Ümumilikdə isə Mukveqe 1999-cu ildən bu günə qədər təcavüzə uğrayan 40 mindən çox qadını müalicə edib. 

Müakafat hər il 10 dekabra yaxın bir tarixdə verilən insan haqları mükafatıdır. Sovet elm adamı və 1975-ci ildə Nobel Sülh Mükafatının sahibi Andrey Saxarovun adını daşıyan mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən həyatını insan haqları və müstəqilliklərini müdafiəyə həsr edən insanlara verilmək üçün təsis olunub. 

Mükafatı bundan öncə alanlar arasında Nelson Mandela (1988), Plaza de Mayo Anaları (1992), Leyla Zana (1995), Ukrayna Qəzetçilər Birliyi (2004), Malala Yusafzayi (2013) kimi insan və təşkilatlar layiq görülüb. 

Ötən il Saxarov, bu il Nobel mükafatı...

Xatırladaq ki, ötən il Saxarov mükafatını Pakistanda Taliban tərəfindən başından vurulan Malala Yusufzay almışdı. O,  bu il Nobel Sülh Mükafatının qalibi olub. Mükafatını Avropa Parlamenti rəhbəri Martin Şultun əlindən alan M.Yusufzay çıxışında ona verilən dəyərə təşəkkür edib və mükafatını Pakistandakı “adsız qəhrəmanlara” ithaf edib: “Bu nüfuzlu mükafatı Pakistanın adı eşidilməmiş qəhrəmanlarına və insan haqları üçün dünyanın dörd bir yanında mübarizə edənlərə həsr edirəm. Birliyimizdən və qərarlığımızdan son dərəcə ümidliyəm. Hədəflərimizi gerçəkləşdirə bilər və bizdən kömək gözləyən 57 milyon uşağa yardımçı ola bilərik. Bu uşaqlar iPhone, X-Box, PlayStation ya da şokalad istəmirlər. Tək istədikləri bir kitab və bir qələmdir”. 

Malala Pakistandakı qız uşaqlarının təhsili üçün verdiyi mübarizəyə görə Taliban tərəfindən başından vurulub və İngiltərədə gördüyü müalicədən sonra yenidən sağlamlığına qovuşub. 

1998-ci ildən bu günə... qaliblər

Mükafatı ilbəil alanların siyahısı aşağıdakı kimidir: 
Nelson Mandela (Cənubi Afrika) - 1988
Aleksandr Dubçek (Ukrayna) - 1989 
Aung San Suu Kyi (Myanmar) - 1990 
Adem Demaçi (Kosova) - 1991 
Plaza de Mayo Anaları (Argentina) - 1992
Oslobodenje (Bosniya Hersoqovina) - 1993 
Taslima Nasrin (Banqladeş) - 1994 
Leyla Zana (Türkiyə) - 1995
Vei Jingsheng (Çin) -1996 
Salima Ghezali (Əlcəzair) - 1997 
İbrahim Rugova (Kosova) - 1998
Xanana Gusmao (Cənubi Timor) - 1999
Basta Ya (İspaniya) - 2000 
Nurit Peled-Elhanan (İsrail), İzzet 
Qazzavi (Fələstin), Dom Zacarias Kamvenho (Anqola) - 2001 
Osvaldo Paya (Kuba) - 2002 
Birləşmiş Millətlər - 2003 
Ukrayna Qəzetçilər Birliyi - 2004
Damas de Blanco (Kuba), Sərhədsiz Reportyorlar və Hauva İbrahim (Nigeriya) - 2005 
Aleksandr Milinkieviç (Ukrayna) - 2006
Salih Mahmud Osman (Sudan) - 2007 
Hu Jia (Çin) - 2008 
Memorial (Rusiya) - 2009
Guillermo Farinas (Kuba) - 2010 
Esma Mahfuz (Misir), Ahmed el-Senussi (Liviya), Razan Zaitouneh (Suriya), Ali Farzat (Suriya) və Muhammed Buazizi (Tunis) - 2011
Cəfər Pənahi və Nəsrin Sotoudeh (İran) - 2012 
Malala Yusufzay (Pakistan) - 2013 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar