Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusa kamerada təzyiq edən gəncəli kimdir?


Yaşar İsaqov: “Onun iddiaları tamamilə əsassızdır”; Cavad Cavadov: “Belə şeylə zarafat etmək olmaz...”


Xəbər verdiyimiz kimi, həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus özü kimi həbsə alınmış həyat yoldaşı Arif Yunusa açıq məktub ünvanlayıb. 

Məktubdakı sentimental məqamlarla yanaşı, hüquq müdafiəçisinin həbsxanadakı dözülməz şəraiti barədə dedikləri də diqqət çəkir. 

Məktubdakı məhz həmin məqamları yada salaq: “Əzizim Arif, bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq. Mənim əzizim, məgər sən bilmirsənmi ki, mən hər şeyə dözərəm: həm, dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə də yaradıb), həm kameradakı köhnə stajlı cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də bizim Gəncə bizi məyus etməkdədir), həm də prokurorluqdakıların vizitlərinə. Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də bir şey gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Dərmansız və yeməksiz qalmışam”.

Göründüyü kimi, məktubda xeyli ciddi qanun pozuntularından və mənəvi işgəncədən söhbət gedir. Məlum olur ki, türmədə köhnə stajlı qadın məhbuslardan biri L.Yunusa təzyiq göstərir. Bundan başqa, ona dərman və yeməkləri çatdırılmır, həyat yoldaşına da eyni qaydada mənəvi təzyiq edilir. 

Biz də bu iddialara cavab almaq, hüquq müdafiəçisinin şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Yaşar İsaqov bildirdi ki, L.Yunusun yazdıqları həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Penitensiar xidməti artıq bəyan edib ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda saxlanma şəraiti ilə bağlı problem mövcud deyil: “Təqsirləndirilən şəxs Leyla Yunusun həyat yoldaşına ünvanladığı məktubda saxlanıldığı kamerada su, hava, qida və dərman çatışmazlığı, fiiziki işgəncə və sovqatla bağlı toxunduğu məqamlar tamamilə əsassızdır. 

Digər təqsirləndirilən şəxslər kimi Leyla Yunus da ”Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR Qanununda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edir. Təcridxananın bütün kameraları Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axını və içməli su ilə təmin edilir".(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar