Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusdan xəbər var



Bir müddət əvvəl istintaq orqanı vəkillər Cavad Cavadov və Xalid Bağırovu Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıb


Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.

Leyla Yunusun hüquqlarını vəkillər Elçin Qəmbərov, Ramiz Məmmədov, Fariz Namazlı, Əlayif Həsənov da müdafiə edir.

“Media forum” saytına açıqlamasında Əlayif Həsənov bildirib ki, iki vəkilin işdən uzaqlaşdırılması müdafiənin effektini azaldır: “Bizim hər birimizin əlində başqa işlər də çoxdur. Məsələn, mən bir müddətdir ki, vaxt tapıb Leyla Yunusla görüşə bilmirəm”.

Ramiz Məmmədov qeyd edib ki, müdafiəçilərin işdən kənarlaşması barədə qərarın motivini bilmir: “Təbii ki, müdafiəçilərin çoxluğu işin xeyrinə olar. Leyla Yunusa ağır ittihamlar irəli sürülüb. Hərə bir səmtdən yapışsa, daha effektli müdafiə qurmaq mümkün olar”.

Ramiz Məmmədov noyabrın 19-da “Media forum” saytına onu da deyib ki, Leyla Yunusla ötən həftə görüşüb: “Səhhəti çox pisdir. Şəkər xəstəliyi onu çox üzür”. (qaynar.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar