Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusun istintaqı dondurulub



Vəkilinin verdiyi məlumata görə, hüquq müdafiəçinin səhhəti daha da ağırlaşıb


Əlayif Həsənov: “Leyla və Arif Yunusa xüsusi bir münasibət var...”

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun istintaqı dondurulub. 

Bu barədə verilən məlumata görə, hüquq müdafiəçisinin səhhətində yaranan problemlər günbəgün daha intensiv şəkil almaqdadır. Ona görə də Leyla Yunusun istintaqının 2016-cı ilə qədər uzadılma ehtimalı daha yüksək görünür.

Vəkil Əlayif Həsənov musavat.com-a verdiyi açıqlamada Leyla Yunusun istintaqı və səhhəti ilə bağlı vəziyyətin ürəkaçan olmadığını qeyd edib: “Yanvarın 20-də və 21-də Leyla xanımla görüşdüm. Onunla intensiv görüşməyimə səbəb sağlıq durumunun yaxşı olmamasıdır. O, böyrək çatışmazlığından əziyyət çəkir. Şəkəri günbəgün artır. Hədsiz dərəcədə arıqlayıb. Haqqında hər hansı bir istintaq hərəkətləri aparılmır. O cümlədən, müdafiə tərəfi də heç bir istintaq hərəkətinə dəvət olunmur. Hesab edirəm ki, istintaq aparılmadan onun həbsdə saxlanması qanunsuzdur. Məqsəd onu cəmiyyətdən təcrid etməkdir. Ehtimal edirik ki, onun istintaqı bu ilin sonu, 2016-ci ilin əvvəllərinə qədər davam edəcək. Əgər istintaq aparılmırsa, demək, bu, həmin şəxsin uzun müddət cəmiyyətdən təcrid etmək siyasətidir”.

Vəkil istintaqın uzadılmasının səbəblərindən də danışdı: “Leyla və Arif Yunusa xüsusi bir münasibət var. İntiqam Əliyev və digər məhbuslarla bağlı görünür ki, hakimiyyətin planları fərqlidir. Leyla xanım və həyat yoldaşına münasibət daha sərtdir. İntiqam bəyin bir müddət vəkili olmuşam. Sonra həmin prosesdən qanunsuz uzaqlaşdırıldım. Onun həbsində məqsəd Avropa Məhkəməsinə göndərilən işləri yarımçıq qoymaq idi. Buna nail də oldular. İ.Əliyevin həbsi ilə əlaqədar bir çox sənədlər it-bata salındı. Götürülmüş sənədlər geri qaytarılmadı. Məqsədlərinə nail oldular. İntiqam müəllimi uzaqlaşdırdılar. Leyla Yunusda tamam fərqli məsələ var. İstintaqın aparılmaması onu deməyə əsas verir ki, müddət bitəndə işi məhkəməyə göndərəcəkləri barədə məlumat vermək üçün bizi çağıracaqlar”.

Əlayif Həsənov SDİ rəhbərini müayinə edən alman həkimlərinin analizinin cavabının Leyla Yunusa verilmədiyini bildirdi: “O, həkimlərin göndərdikləri dərmanları alıb. Amma müayinələrin nəticələri tam olaraq, Leyla Yunusa verilməyib. Yalnız bizim iştirakımızla Penitensiar Xidmətin etdiyi müayinənin cavabı var. Orada da Leyla xanımın təcridxanada saxlanılmasının səhhətinə təsiri olmadığı qeyd olunub”.

Qeyd edək ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı Arif Yunus da həbsdədir. O, avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. 

Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar