Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liman işçiləri ölkə prezidentindən imdad umurlar - Taleh Ziyadovun repressiylarına qarşı


Taleh Ziyadov Limanda repressiylara başladı. Limanın kollektivi prezidentdən kömək gözləyir


Repressiyaya məruz qalan və qanunsuz olaraq işdən çıxarılanlar bildirir ki, onların hüquqları bərpa olunmazsa, ya Limanda, ya da Taleh Ziyadovun 8-ci mikrorayondakı villasının qarşısında özlərini yandıracaqlar.

 İşdən çıxarılanlardan biri, uzun müddət Limanda çalışan iqtisadçı-mühəndis Fikrət Əliyev isə ölkə prezidendi İlham Əliyevin qəbuluna yazılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında vəziyyət çox gərginləşib. Liman rəhbərliyi açıq şəkildə limanda çalışanlara qarşı repressiyalara start verib.

Qeyd edək ki, Taleh Ziyadov repressiv hərəkətlərini Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən böyük korrupsiya əməllərini ifşa edən bəzi sənədlərin mətbuata ötürülməsindən sonra daha da şiddətlənib. Bu gün ANAXEBER.az-a bir qrup liman çalışanı adından daxil olan şikayət məktubunda qeyd olunur ki, Taleh Ziyadov əlalıtıları və ən yaxın adamları olan Məftun Abbasov və Amid Əliyevlə birlikdə Liman işçilərini açıq şəkildə repressiyaya məruz qoyur, heç bir səbəbə göstərilmədən adamları işdən qovur, onları həbs etdirməklə hədələyirlər. 

Xatırladaq ki, Məftun Abbasov Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Auidit Xidmətinin rəisi olaraq çalışır. Eyni zamanda İlham Mehrəliyevdən sonra o və müavini Söhrab İsmayılov Fətulla Gülənin əsas nümayəndələri hesab olunurlar. Taleh Ziyadov Məftun Abbasovla məsləhətləşmədən və ondan izn almadan heç bir addım atmır. Amid Əliyevə gəldikdə isə, bu şəxs Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Həmkarlar Komitəsinin sədridir. Onu bu vəzifəyə limanda çalışanların iradəsi xaricində Taleh Ziyadov təyin edib və hazırda bu şəxs Taleh Ziyadovun repressiyalarına qarşı Limanda çalışanları müdafiə etməklə vəzifəli olmasına baxmayaraq, Liman çalışanları onu Taleh Ziyadovun şəxsi “cəlladı” adlandırılar.

Bu gün redaksiymıza daxil olan şikayət məktubunda bildirilir ki, ciddi korrupsiya faktları ilə zəngin olan bir sıra sənədlərin mətbuata ötürülməsindən sonra 2 nəfər işdən azad olunub. İşdən azad olunanlara Amid Əliyev və Məftun Abbasov bildirib ki, hələ onları həbs etdirmirlərsə, buna da şükür etsinlər. Şikayət məktubunda bildirilir ki, onlar işə bərpa olunmaycaqları təqdirdə intihara cəhd edəcəklər. Onları intihara cəhd edən isə məhz Taleh Ziadov və onun komandasıdır. Repressiyaya məruz qalan və işdən qanunsuz olaraq işdən çıxarılanlar bildirir ki, onların hüquqları bərpa olunmazsa, ya Limanda, ya da Taleh Ziyadovun 8-ci mikrorayondakı villasının qarşısında özlərini yandıracaqlarını bildirirlər. İşdən çıxarılanlardan biri, uzun müddət Limanda çalışan iqtisadçı-mühəndis Fikrət Əliyev isə ölkə prezidendi İlham Əliyevin qəbuluna yazılıb. Onu bütün liman işçiləri dəstəkləyir və ölkə prezidentindən imdad umurlar. Çünki Taleh Heydərovun repressiv hərəkətləri artıq qanın sərhədlərini çoxdan aşıb. 

Qeyd olunur ki, işdən çıxarılanlara mətbuata məlumatlar ötürməklə bağlı əsasısız ittihamlar irəli sürüblər. Çünki həmin şəxslər heç bir zalda mətbuata ötürülən sənədləri əldə edə bilməzdilər. Sadəcə olaraq Taleh Ziadov və komandası yaranmış vəziyyətdən istifadə edərək “təmizləmə işləri” aparırlar.

Daxil olan şikayət məktubunda bildirilir ki, Taleh Ziyadovun birbaşa tapşırığı ilə Məftun Abbasov Limanın inzibati binasına işçilərdən gizlin şəkildə xüsusi qurğu yerləşdirib. İnzibati binada çalışan hər kəs internetdən istifadə etdiyi zaman avtomatik olaraq həmin qurğuya bağlanır və hər kəsin şəxsi telefon danışmaları və bütün yazışmaları avtomatik olaraq mərkəzi bazaya daxil olur və orda saxlanılır. Bu yolla Taleh Ziyadov Limandan mətbuatla əlaqəli olan şəxsi tapıb cəzalandırmağa çalışır. 

Biz öz tərəfimizdən qeyd edirik ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən gərginliklərlə bağlı və ortaya atılan korrupsiya faktları ilə bağlı Taleh Ziyadovun və həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hər hansı bir rəsmisi ilə əlaqə saxlamağa və onların fikrini öyrənməyə cəhd etmişik. Lakin qarşı tərəf susmaqla və repressiv fəaliyyətlərlə gərginliyi daha da böyütməkdədir. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Anaxeber.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar