Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liseydə direktor-valideyn qarşıdurması


Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 75 ünvanda yerləşən 299 saylı məktəb-liseyin valideynləri  bu təhsil ocağından Təhsil Nazirliyinə şikayət ediblər.

Bu barədə virtualaz.org saytına valideyn Ceyhun Kabıyev məlumat verib. Şikayətçi deyir ki, oğlu ötən il 9-cu sinfi bitirib: “Uşaqlara şəhadətnamə verildi. Bizə oğlumun məktəbdən çıxarılacağına dair xəbərdarlıq etmədilər. Ötən həftənin sonunda isə bizi məktəbə çağırdılar. Direktor dedi ki, sizin uşaq da daxil olmaqla bir neçə nəfəri məktəbdən çıxarmışıq. Oğlumgilin sinfində 24 uşaq təhsil alırdı. İndi onlardan 11-i məktəbə buraxılmayacaq”.

Valideynlər uşaqların dərs ilinin başlamasına az qalmış məktəbə buraxılmamasına etiraz ediblər: “Biz dedik ki, dərs ilinə sayılı günlər qalmış heç kimi məktəbdən uzaqlaşdırmağa ixtiyarları yoxdur. Direktor Sona Kazımova isə dedi ki, kimə istəyirsinizsə, gedib şikayət edin. Biz də Təhsil Nazirliyinə şikayət etdik”.

Uşaqların məktəbdən çıxarılmasına səbəb isə onların “3” qiymət almalarıdır: “Mənim övladım əlavə kurslara gedir. Hansı fənndən kursa gedirsə, ondan “4” və “5” qiymətlər alır. Amma kursuna getmədiyi fənnlərdən “3” alıb. Bu da onun məktəbdən çıxarılmasına səbəb ola bilməz. Oğlum və onun sinif yoldaşları pis qiymət alırdılarsa, dərs ili bitəndə məktəbdən çıxarılacağına dair xəbərdarlıq edərdilər. İndi 2-3 gün ərzində biz hansı məktəbə müraciət edək, uşaqlar təhsilini harada davam etdirsinlər?”

Valideynlər yaxınlıqdakı 300 saylı orta məktəbə də müraciət ediblər: “Oradan isə bizə dedilər ki, 299 saylı məktəbdən gələn uşaqları bu məktəbə qəbul etmirik. Amma səbəbi açıqlanmadı. Uşaqlar isə deyirlər ki, hər iki məktəbin direktorunun münasibəti pisdir. Mənim oğlum ali məktəbə hazırlaşırdı, indi uşağın psixoloji durumu pisləşib”.

Həftənin cümə və şənbə günləri müraciət etdiyimiz 299 saylı məktəbdən virtualaz.org saytına direktor Sona Kazımovanın işdə olmadığını dedilər.

Özünü direktor müavini kimi təqdim edən şəxs isə adını açıqlamaq istəməsə də valideynlərin şikayətinə münasibət bildirdi: “Bizim məktəb 2008-ci ildən lisey kimi fəaliyyət göstərir. Biz heç kimi məktəbdən çıxarmamışıq, bəziləri peşə məktəblərinə getmək üçün oxumaq istəməyiblər”.

Direktor müavini məsələ ilə bağlı mətbuata müraciət edilməsinin əleyhinə olub: “Bu valideynlər niyə mətbuata müraciət edirlər? Siz neyləyənsiniz ki? Bura liseydir, bu il qəbul 84 faiz olub. Biz liseyin nüfuzunu nəzərə alırıq. Ona görə də “3” qiymət alanlara peşə məktəblərinə getmələrini məsləhət görürük”.

Təhsil Nazirliyindən isə şikayətçilərə təkrar məktəbə getmələrini tövsiyə ediblər. Amma nazirliyin məsələyə münasibəti bir qədər qəribə olub. Belə ki, valideynlərə “məktəbə gedin, amma biz az probleminiz olacaq” deyə cavab veriblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar