Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda korrupsiya puluna ev alan əcnəbilərin adları açıqlanacaq


“The Guardian” qəzeti yazır ki, Britaniya Londonda mülk alan əcnəbi korrupsionerlərin çirkli pulları ilə mübarizəyə başlayacaq


Yeni qaydalara görə Londonda bahalı mülklər alan ofşor təşkilatlardan bu mülklərin əsl sahiblərinin adlarının açıqlanması tələb olunacaq.

London çirkli pullardan təmizlənmək istəyir

“The Guardian” yazır ki, bu xüsusda qəbul ediləcək yeni qanun Britaniyanın xarici çirkli pullar üçün maqnit rolunu oynamasını dayandırmaq məqsədi güdür.

Qəzet bildirir ki, yeni qaydalar beynəlxalq və milli antikorrupsiya təşkilatlarının təzyiqi altında qəbul edilir.

Transparency International və Global Witness deyib ki, yalnız ciddi antikorrupsiya qanunları Britaniyanı əcnəbilərin çirkli pullarından təmizləyə bilər.

Bu təşkilatların xüsusi hesabatında deyilir ki, paytaxt Londonun ən bahalı və dəbdəbəli mülklərinə hazırda Britaniyanın Virgin adalarında qeydiyyatda olan ofşor trestləri sahibdirlər.

Rusiya kimi xarici ölkələrdən olan korrupsiyaçılar öz çirkli pulları ilə London mülkiyyətlərini belə ofşor trestlər vasitəsilə alırlar.

Xəbər verilir ki, yeni qanun layihəsində anonim trestlərin LondonBritaniyanın başqa şəhərlərində mülkiyyət alması qaydalarının sərtləşdirilməsi nəzərdə tutulub. Yeni qanuna görə bu təşkilatlar Londonda o halda mülk ala biləcəklər ki, əsl sahibin adını açıqlasınlar.

Bir çox ofşor trestlərin siyahılarında çox sayda şirkətlər onların direktorları kimi qeydiyyatdan keçiblər. Belə vəziyyət mülkləri alanların konkret şəxsiyyətinin gizlədilməsinə imkan yaradır.

Yeni qanuna görə mülklərin əsl sahiblərinin adlarını açıqlamayan şirkətlərin mülkiyyətləri əllərindən alınacaq.

Keçmişdə alınmış mülklər də?

Global Witness təşkilatından Chido Dunn deyib ki, hazırda kampaniyaçılar yeni qanunlara keçmişlərdə alınmış mülkiyyətlər məsələsinin də daxil edilməsinə çalışırlar.

Bəzi təxminlərə görə hazırda 120 milyard funt sterlinq dəyərində olan Britaniya mülklərinin sahibləri ofşor qurumlardır.

Bunların əksəriyyəti Rusiyadan, Afrikadan və başqa yerlərdən olan oliqarxların çirkli pullarının yuyulması ilə məşğul olur.

Chido Dunn deyib ki, çirkli pulların yuyulmasına şərait yaradılması xarici korrupsiyanın güclənməsinə, yoxsulluğa və milli təhlükəsizliyin hədələnməsinə səbəb olur.

Kampaniyaçılar deyirlər ki, xarici korrupsiyaçıların çirkli pullarına görə Londondakı mülklərin və evlərin qiymətləri son illərdə əlçatmaz həddə yüksəlib.

MDB oğrularının evləri”

Transparency International təşkilatı Londonda ofşor qurumların mülkiyyətində olan əksəriyyəti dəbdəbəli və lüks 36 min mülk aşkara çıxarıb.

Kampaniyaçılar belə mülklərin sahiblərini rüsvay etmək üçün “oğurluq evlər” adlı turlar keçirmək niyyətindədirlər.

“The Guardian” yazır ki, belə evlərin arasında Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil şəxslərin anonim şirkətləri tərəfindən alınanları da var.

Məqalədə deyilir ki, sual doğuran evlərdən biri də polkovnik Qəddafinin oğlu Səədi üçün alınmış 10 milyon funt sterlinqlik malikanədir. Londonun Hampstead məhəlləsində yerləşən bu mülkün Liviyadan oğurlanmış pullar hesabına alındığı düşünülür. Bu pullar Liviyadan Virgin adalarında qeydiyyatda olan ofşor şirkət vasitəsilə çıxarılıb.

Korrupsiyada ittiham olunan keçmiş Qırğızıstan prezidenti Maksim Bakıyevin Surrey-dəki 3, 5 milyon funt sterlinqlik malikanəsi Beliz-də qeydiyyatdan keçmiş Limium Partners Ltd şirkəti vasitəsi ilə əldə olunub.

“The Guardian” yazır ki, hökumət ötən yay çirkli pullarla alınmış mülklərə qarşı mübarizə aparılacağını elan edəndən bəri Londonun ev bazarında qiymətlər bir xeyli düşüb.

Belə məlumatlar da var ki, belə mülklərdən bəzilərinin sahibləri onları aldıqları qiymətdən xeyli ucuzuna satmağa çalışırlar. (BBC azeri)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar