Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda yaşayan azərbaycanlı cütlük - Məmur qudalar



Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...


Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız Azərbaycan Respublikasında yüksək dövlət vəzifəsi tutan iki tanınmış məmurun övladları haqqındadır. Bunlar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir.

Məsələ burasındadır ki, Elman Rüstəmovla Əhməd Əhmədzadə qudadırlar, onların övladları - adlarını çəkdiyimiz gənclər evlidirlər. 

Elman Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi alıb. 1995-ci ilin yanvarında Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Elman Rüstəmov 2010-cu ilin aprelində yenidən 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib. 
Onun 3 övladı var, iki qızı, bir oğlu.

Günel Rüstəmova Azərbaycanda doğulub. Orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib.
G.Rüstəmova hazırda Avropada tanınmış modelyerlərdən biridir. 10 ildən çoxdur Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirlib. 
G.Rüstəmiva Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir.

Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.

Elman Rüstəmovun qızı Günel Rüstəmova «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir. Bir neçə il öncə məmurlar qohum olub. Günel Rüstəmova həm də gənc anadır. 

Yeri gəlmişkən, Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub. Daha sonra o, Cuma Əhmədzadə (1979-cu il təvəllüdlü) ilə evlənib. 2007-ci ilin aprelindən adı çəkilən şirkətin direktoru vəzifəsni Cuma Əhmədzadə həyata keçiri, Günel xanım isə hazırda ərinin rəhbərlik etdiyi “Gyunel Limited” şirkətinin katibidir.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar