Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB PA müşahidəçiləri Bakıya gəliblər


Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyası Bakıya gəlib


MDB PA-dan verilən məlumata görə, missiyaya Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov rəhbərlik edir.

Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildir.

Referendumun qısamüddətli monitorinqi zamanı Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

MDB PA-nın beynəlxalq müşahidəçiləri seçki günü Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.

Xatırladaq ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar