Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MHP-nin növbədənkənar qurultayı keçiriləcək


Türkiyənin ali məhkəmə-hüquq orqanı – Yarğıtay Milliyyətçi Hərəkat Partiyasının (MHP) növbədənkənar qurultayının keçirilməsi haqqında aşağı məhkəmə instansiyasının qərarını təsdiqləyib


NTV telekanalı xəbər verir ki, Yarğıtay Ankara məhkəməsinin qurultayın keçirilməsi barədə qəbul etdiyi qərarı yekdilliklə təsdiq edib.

Xatırladaq ki, MHP daxilindəki müxaliflər son parlament seçkilərində partiyanın uğursuzluğundan sonra fövqəladə qurultayın çağırılması tələbi ilə qurultay nümayəndələrindən imza toplayıblar. MHP nizamnaməsində fövqəladə qurultay çağırılması üçün nəzərdə tutulan miqdardan daha artıq – 548 qurultay nümayəndəsi notariusun təsdiqi ilə imza verib. Lakin partiya rəhbərliyi qurultay çağırmayacağını bəyan edib. Bundan sonra müxaliflər məhkəməyə üz tutublar. Ankaradakı məhkəmələrdən biri müxaliflərin müraciətini haqlı sayıb və qurultayın keçirilməsi üçün 3 nəfərdən ibarət çağrı heyəti təyin edib. Lakin MHP rəhbərliyi əyalətlərdəki məhkəmələrə şikayət edərək 2 əyalət məhkəməsinin qərarı ilə Ankara məhkəməsinin qərarının icrasını dayandırıb. MHP eyni zamanda ali instansiya Yarğıtaya müraciət edərək qurultay keçirilməsi haqqında Ankara məhkəməsinin qərarının ləğvini tələb edib. İşə baxan Yarğıtayın 17-ci hüquq idarəsi Ankara məhkəməsinin qərarını haqlı sayıb. Beləliklə, MHP qurultayının keçirilməsi önündə hər hansı hüquqi əngəl qalmayıb.

MHP başqanlığına namizəd Sinan Oğan 3 həftə ərzində fövqəladə qurultayın təşkil olunacağını bildirib. Əvvəlcə nizamnaməyə dəyişiklik edilməsi məqsədilə qurultay çağırılacaq. Çünki MHP-nin hazırkı nizamnaməsinə əsasən fövqəladə qurultaylarda başqan seçkisi keçirilə bilməz. Fövqəladə qurultayda bu maddə ləğv edildikdən sonra daha bir qurultay çağırılacaq və başqan seçkisi keçiriləcək.

Hazırda MHP daxilində liderliyə 4 iddiaçı var: Sinan Oğan, Meral Akşener, Ümit Özdağ və Koray Aydın. Qurultayın vaxtını 3 nəfərdən ibarət çağrı heyəti müəyyənləşdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar