Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ-dən Azərbaycandakı nüvə silahı və SSRİ-nin dağılması haqda sənəd

Xəbər verdiyimiz kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində o vaxtkı sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var


CIA-RDP99-01448R000401660042-6 nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində "The Washington Times" qəzetində SSRİ-də nüvə silahının vəziyyət haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.

Məqalədə deyilir ki, Uilyam Uebster Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib. "Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır… Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər”,– deyə məqalədə MKİ direktorundan sitat gətirilir.

Uebsterin sözlərini əsaslandırmaq üçün məqalə maraqlı fakta istinad edir. Vurğulanır ki, 1990-cı ilin fevralında Sovet qoşunları Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılmışdı. O anbar ki, Amerika rəsmi şəxslərinin sözlərinə görə, silahlı üsyançılar tərəfindən tutulmuşdu.



Məqalə müəllifi, yenə Amerikanın rəsmi şəxslərinə istinadən, əlavə edib ki, insidentin nəticəsi olaraq Sovet İttifaqı nüvə silahını Orta Asiya və Baltikyanı respublikaların qeyri-stabil rayonlarından çıxararaq daha təhlükəsiz regionlara köçürüb.

Məqalədə həmçinin deyilir ki, MKİ direktoru jurnalistlərin “SSRİ yaxın bir neçə ildə dağıla bilərmi” sualına cavabında bildirib: "Bu hadisə bu və ya digər formada artıq bu ilin sonunda baş verə bilər".

Xatırladaq ki, məqalə 1991-ci ilin mayında dərc edilmişdi. SSRİ isə həmin ilin dekabrında artıq mövcudluğunu dayandırdı.

Başqa sözlə, SSRİ-nin dağılması Amerika rəhbərliyi üçün o qədər də gözlənilməz olmadı.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar