Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN sinəsi çürüyən hərbçi ilə bağlı ifşaedici açıqlama yaydı


"Cəmi dörd ay xidmət edən əsgər İlkin Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb"


KİV-də özünü “baş leytenant” və “Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı” kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib.

10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində “Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları” diaqnozu ilə müalicə alıb”. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən deyilib ki, İlkin Quliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə “Kəskin appendisit”ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib: “O, 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək “Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 18“b” maddəsinin II qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və cəmi 8 ay ximət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb. Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İ.Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə Mübariz İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək də mümkün deyil. Bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsinin zəruriliyini bir daha KİV-in diqqətinə çatdırırıq” (APA).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar