Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK 3 DSK-nın qərarını ləğv edib


Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb


MSK katibi Arifə Muxtarova deyib ki, 84 saylı Füzuli Dairə Seçki Komissiyası (DSK) üzrə Böyük Bəhmənli kənd bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş Musa İsmayılov namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edib. 

Məsələyə MSK Ekspert Qrupunda baxılıb. Məlum olub ki, imza vərəqində ay adlarının yazılışında texniki səhvə yol verildiyi üçün DSK M. İsmayılovun namizədliyini qeydə almayıb. Ekspert Qrupu imza vərəqindəki 34 imzanın etibarlı olduğu qənaətinə gəlib və DSK-nın qərarının ləğv edilərək M. İsmayılovun namizədliyinin qeydə alınmasını məqbul sayıb. Məsələ MSK-da səsverməyə qoyularaq qəbul edilib.

MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Çərçuvar bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan İslam Qafarovun və 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Xıl bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Əlvan Məmmədovun namizədliklərinin də qeydə alınmasına qərar verib. 71 saylı Masallı kənd DSK tərəfindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Cəfər Cəfərovun şikayəti isə əsassız sayılıb.

Beləliklə, MSK 3 DSK-nın qərarını ləğv edib, 1 DSK-nın qərarını qüvvədə saxlayıb.

Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib(apa).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar