Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK parlamentə təkrar seçkilərə yekun vurdu

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə dairə seçki komissiyası (DSK) protokolunun və ona əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyənləşdirilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsini müzakirəyə çıxarılıb


APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, MSK DSK protokolu və ona əlavə edilmiş sənədlərin yoxlayıb və seçkilər Seçki Məcəlləsinə uyğun keçirilib: “Ona görə də 90 saylı Ağdaş seçki dairəsi üzrəMilli Məclisə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunların dair protokol tərtib edilsin”.
 
MSK üzvü Şaiddin Əliyev deyib ki, seçkilər Avropa Şurası Parlament Assambleyasının Müşahidə Missiyası tərəfindən izlənib, seçkilər şəffaf və demokratik keçib: “Bu dairədəki 40 məntəqənin 10-da veb-kamera qurulmuşdu. Veb-kameralara baxanda aydın görünürdü ki, seçkinin nəticələrinə təsir etmək cəhdləri vardı. Ancaq məntəqə seçki komissiyalarının üzvləri o şəxslərlə sakit, səbirlə danışıb, hər şeyi izah edirdilər.  Mən seçkidə qalib gələn Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovu təbrik edirəm və protokolun təsdiqlənməsini təklif edirəm”. 
 
MCK sədri Məzahir Pənahov 90 saylı Ağdaş seçki dairəsində 40203 seçici  olduğunu, seçki məntəqələrinin vaxtında açıldığını və bağlandığını nəzərə çatdırıb: “Biz həmin gün gecə seçkinin ilkin nəticələrini açıqladıq. Bu dairədəAvropa Şurası Parlament Assambleyasının 4 müşahidəçisi müşahidə aparırdı, o cümlədən 743 müşahidəçi qeydiyyatdan keçmişdi. Avropa ŞurasıParlament Assambleyasının müşahidəçiləri gün ərzində bizimlə əlaqə saxlayır, həm də KİV-lərə müsahibə verirdilər. Onlar seçkinin yüksək səviyyədə təşkil edildiyini, şəffaf keçirildiyini xüsusi qeyd edirdilər. Bizə 2-i müddəti ötməklə, cəmi 7 müraciət daxil olub. Müşahidəçilərdən də bizə müraciət daxil olmayıb. Seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik”. 
 
MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və  təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.
 
Qeyd edək ki, seçkinin ilkin nəticələrinə əsasən, Cavid Osmanov 19774 səs (85.6 %) toplayıb.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar