Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK seçki nəticələrini təsdiqlədi


Məzahir Pənahovun sədrliyi ilə bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib


İclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Bildirilib ki, prezidentin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin edildikdən sonra seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK və aidiyyatı qurumlar tərəfindən Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb və nəzərdə tutulmuş bütün layihələr MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən reallaşdırılıb.

Milli Məclisə təkrar seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40203 seçicidən 23292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.

İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar