Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-dən Elnur Aslanovun dindirilməsi ilə bağlı açıqlama


Milli Təhlükəsizlik Nazirliyi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun bu qurumda dindirilməsi ilə bağlı KİV-də yayılmış məlumatlara aydınlıq gətirib.


Virtualaz.org-un məlumatına görə, nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev modern.az-a açıqlamasında  bununla bağlı onlarda hər hansı məlumatın olmadığını deyib. 

“Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı MTN-in İctimai əlaqələr mərkəzinə hər hansı məlumat daxil olmayıb” -deyə A.Babayev vurğulayıb.



Onun yeni vəzifəyə məhz bundan sonra təyin olunduğu bildirilir 

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirilib.

PİA.AZ xəbər verir ki, bu barədə bizimyol.info-a məlumat verən mənbənin sözlərinə görə, dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. Mənbənin məlumatlarına görə, bundan sonra E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumata görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.

Bunlardan biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 

Mənbə, analoji araşdırmaların digər gənc kadrları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar