Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Magistraturaya ərizə qəbuluna başlanıldı

Bu gündən 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək istəyən bakalavrların ərizə qəbuluna başlanılıb


PİA.AZ "Report"a istinadən xəbər verir ki, ərizələrin qəbulu internet vasitəsi ilə aparılır.

Belə ki, bakalavrlar fevralın 10-dan 19-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və FİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu təsdiq edir (etdirir).
Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag/erize internet səhifəsindəki aktual keçidlərdə verilmişdir). Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar "Bakalavrın elektron ərizəsi"ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Digər bakalavrlar ərizələrini tələb olunan sənədləri TQDK-nın yaratdığı Sənəd Qəbulu Komis­si­yalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər.

Xatırladaq ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviy­yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılacaqlar. Həmin bakalavrlar 2016-cı il mayın 3-dən 10-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

İmtahanın ikinci mərhələsində bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaqdır.

İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra - 2016-cı il iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq. İxtisaslaşma seçiminə imtahanın iki mərhələsi üzrə topladıqları ümumi bal (balların cəmi) ilə yanaşı, ixtisas üzrə topladıqları bal da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılacaqlar.

Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalara yerləşdirilməsi onların iki mərhələdə keçirilən imtahanda topladıqları ümumi bal (balların cəmi) əsasında onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla, dövlət sifarişi ilə magistratura səviyyəsinə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixti­sas­laşmaların qəbul planı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların siyahısında birinci olanına yerləşdirilir.

Qəbul elanının tam mətni "Magistr" jurnalının 2016-cı il tarixli 2-ci sayında dərc olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar