Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Magistrlərə əsgərlikdən möhlət hüququ veriləcək


Elm haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq”.


Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır və indi bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır: “Qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr nəzərə alınıb. Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanun layihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.
 
Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb. O, magistratura və doktoranturada oxuyanların möhlət məsələsinə də münasibət bildirib: “Burada söhbət yalnız möhlət hüququndan gedir. Təhsil Boloniya prosesinə əsasən, 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Hər 3 pillədə biz oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməyinin tərəfdarıyıq. Bu məsələ Elm haqqında qanun layihəsində öz əksini tapıb. Yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Bu sessiya başa çatana kimi biz çalışacağıq ki, müzakirəyə çıxarılsın”.
 
Möhlətin hansı formada veriləcəyinə gəlincə, komitə sədri qeyd edib ki, oğlan tələbələr bakalvriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət almaq hüququna malik olacaq. Bu eyni zamanda, magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar