Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Dağlıq Qarabağ siyasəti ilə bağlı nə demək olar?


Nəsimi Məmmədli: “Yaxın perspektivdə problemin həllində ATƏT-in rolunun ön plana çıxması mümkün görünmədiyi üçün Fransada kimin prezident olması mövcud duruma xüsusi təsir etməyəcək”


“Erməni lobbisinin daha çox dəstək verdiyi namizədlərin uğur qazanmamasının psixoloji üstünlükləri də nəzərə alınmalıdır”.

Bu sözləri politoloq Nəsimi Məmmədli qələbə qazanacağı real görünən Fransanın yeni prezidenti E.Makronun Qarabağ münaqişəsinin həllindəki təsirinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyən edilib. Birinci turda seçkilərin qalibi olan “En Marche” Hərakatının lideri Emmanuel Makronun Fransanın yeni prezidenti olması artıq demək olar ki, müəyyənləşib. Fransanın gələcək prezidentinin kim olacağına isə may ayının 7-də keçiriləcək 2-ci turda aydınlıq gələcək. Lakin artıq Emmanuel Makronun Marin Le Penə böyük fərqlə qalib gələcəyi şübhə doğurmur. 

Qeyd edək ki, seçkinin ikinci turuna sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb. Siyasi müşahidəçilərin rəyinə görə, ikinci turda Emmanuel Makron qalib gələcək. Bundan başqa, Fransanın müxtəlif düşərgələrindən olan bir çox siyasi və ictimai xadimlərdən, deputatlardan, şəhər merlərindən gənc namizədə kütləvi dəstək gəlməkdə davam edir.  Bütün rəy sorğuları da Emmanuel Makronun şəksiz qələbəsini göstərir. “Ipsos Sopra Steria” təşkilatının keçirdiyi sorğuda İrəli Fransa-nın lideri 62%-lik üstünlüklə qələbə qazana bilər. “Harris Interactive” araşdırma şirkətinin keçirdiyi sorğuda da fərqli nəticə qeydə alınmayıb. Burada da Emmanuel Makronun əzici üstünlüyü hiss olunur: 64%-36%. Siyasi müşhidəçilərin rəiyinə görə, bunun əsas səbəbi Emmanuel Makrona Marin Le Penin təmsil etdiyi millətçi hərəkat istisna olmaqla bütün siyasi cərəyanlardan dəstək verilməsi ilə bağlıdır.

Fransanın Minsk qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alarsaq, Makronun Dağlıq Qarabağ siyasəti ilə bağlı nə demək olar? Makronun dönəmində Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha ədalətli siyasət yürüdəcəyinə ümid etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

MDBQAAAAAAAAABAgMRBBIhMUFxE1FhBTIzBiOBFCJCobH/2gAMAwEAAhEDEQA/ALbjEG0zcdkj6w8J7i9ghYs+/wBkqOF07Wp5bQZQSLN0dF984u5RSydynTTvi1DsXS85umdFLXXocD2W+TdIkbBax0nycc2ek5r48J2Ea+6W8SRqyhbpp5awzOcRRKMUYWYGxEgaSX2L9BEv2seixUTbX31F8uKjMg9P4SjY4fZt3HzEaZOu+Pk7Vl0dVo5+Cy8nTexVH7ynyMuySicnbfrh8B/ql6Qzb1y/ekeZ0/40OiOLGhHFmky4cEVErFCAGIqJEVAAIcIQ4ABBBDEAMCFeHCMAKCCCACCCCACCCCAFBAYIBwMZueZ4Dv7T6y2a1Y8ojIpsWvn0L+fQypUt015vJ6P6XW1FyfcIidbQmm2okI1zTvu4r1j6TjsYUhSxyjetphbHbI0xXDAEG4Od+FpQNZ8HzTVFG4jaHYc/W/hOzqnpH+5Y9a/MfOHrvR9hW6nXyv8AWblby4v5RwIwlp5zq7NMgcnR9qqP3V9Wl9pzPuT1vtKg/cHrNCSbevX7zONp/sHRFiIEWJol44oihEiKEAMQ4V4ZcDjABFRAqL0jxjgkAKGIDAJIDgMEBgCYIcKACCCCACCCFACEOFDggzHWupeq46AB5E/OcpN0maxt9rV+L5CQ6e6aj9z2WmjtqivgQRCAioUktHcLXKMrj7pB8DLRrYwagpByJuOwqZUxLBperfDUF4kX8BaXUywzn62rM4y78r/TOZqA327f6Z8iJo9MzM9RT+k/wMPSaYk6n1D8n8I8jR9uPkdEcEbWOLOebAsTk6S1gp0wQpDVBuX6mcLXzWrmP0ekftCBtNwQHcPiPoZTNCYwmoSbm9x2kzJwe3cZQw5YZc30xVc5sQN9l64yWZveYnv6OPnCwuFOV7XIz7bmdFcOBkc5rOTOlGpY6HMA43a/Gxz7Y7S0piaWaPtj9h88uo75Iq4cDPjAqKciIUmRKlPqdjV/WiliTzbDm6v7Dfetv2D97s3zvzL9NaE2vtKZIdTcEZEHhmJYdSNaDX/R6+VZNxOXOAcbftS9NSWUc+2t1st8EEBgwCMK8EEAEEBggAhQGCAEYIIIBkesLe3V63aMrujmsa2qVB+8T45xDUyoFwRcBh1g7iJqnsqmtkfCG4UOS6mAZaIrHIMbAdVib+UJGUpxi0n3It50dI1rsiDdTRU77XbzPlOYhsb98dpm5kp4ZE47ufIepbWxa9jjy/CadSMy/VTLGJ8TD/a01CjOzr+ZJ/CPC1d/LJCxrSGMFGlUqtuRS3bYbu/dHUlU5UcWUwWyP7yoqHszY+gmillpF2TJ8ZjWqVXqObu7FyR159wHylq1NwV/a/P4SmimQTft7ejPo3eE0bU0Woj1l2qe2GEWaSKlYWbDrJKi8jrUkujUG+cyLOw+CLiqBGY/PVI9QW8jO1Xqgr6ds5pbq37vl5GWvGOCpZbI97ZGV7WHBFGXFUTsuhBy6jv65YWG/LKRa42gQePCRGW15IurUo8ly0TjRXopVH31B7DxHcb+Elyk8nGKKmvhWPuMKqfA+RHcR5y7GbDOVjHAmCCAyACAwoIAIRghGAHBEw4BnOuWCui1Rwybsvke6dDB4Fa+EphsiBZW4ggkd46pzH0wKqc0+TH2A28G5sL9Es2jsJzVIJtXtfO1t5vMY4b+Dp322U1KMuJJ8eCv6M1cYVCattlTlx2z09QkzW79So4bY9DO0DCqU1awYA8bEXzmfppLCNX+um7Y2T7GcqhO4E9gMe5hlsWUi+64teXXSOOp0EuQL/dUZEn6SmYnFNVcu5uT5dQlE4KPc7+l1M7+duER9XTbGp8Z9DNTpGZToc2xqf6g85qtIzr63/B/B5KCxOa+X/0krKHyvv8AY0Bc25wt4IeMvaGUzlVwZq4ZCgLNTfbKgXOwQQzd00YPE0WYbWEZbgBt1ADu3Z8ZpmiE2aYAyymX6MJ5xbdU07Ak7Izz790jWZ4RtaJHVSp0x6lUkOmpMl0k6r9k0UdHJIesYwznd/1H7Kd1r9eURYXMzQyRKhJkdzaTsRXVBfIeHrOLX0xSvYHaPVbKTsb5MJSSJmrC20lvttYdu8q67/GX4yh6vUhUxdGoMgEqjv8AZIHkfCX2XrojmW/cIgh2gtJKwoRh2hGAFCEEBgBQQQQQYvVYhkIFyGW38wmmscpmisBUpljkHQk9VxNBwmOSqCUNwDbcRn1TCk7H1aLbTx0JIgidqR9I12Sk7LvUEi82G8cnGhByePcgac0Lzx20NntaxzU29JValFkYq4IYcDJzaxYg7mUdij5yPitI1Kttsg23eyoI7wJqWOL5R6nRU31LbPGDn4A2xif6q+omr0jMkom2Lp/HT9RNapTrap5hX4PLS4usXySUlK1qxlSliywJ2ebX2SfZNznl3S6JK/rpo7nEVtxHs37c1v35d850+htaaSU+e5l2Mwyc+GTJHa9h908QO+8viKFQdglexOifZ93ZdGDbJ4jde8sVI7SgHot5TC6e6KNqMNk5YIdfSZXJfwE5GO0ywFxiEVv3jlJmkdCsb2eynf0kdA4Tl1dDYdkK1C19+2CLi18rHhMqlDuY2bnxEbwWtNcH2mVh0g75acDjqlVNoXGUrWB1ZSobUrhRYXNj58TNA0LglpJzYi1wzwZVxmlhmZ6V0xWrsaYJGZFl94kZd0g4TG1RdUo7OybMTctc9N+yXfSugubqtUoqCSdrZ4i+/Z+khYeo9RrMrDpuLW8pYrIpdCqVUm85HMLjatChzqEq4YWPU3snf2xH/wCyxv8AjHwX6R/WGsFpWHFgPDP5Ss88Jfp4qUcs0tQ2p4O+Nc8b/jH+VfpFprzjR/eA9qL9JWzVEIVJf6UfY19zLYmv+LG/YP8AB9I+nKHiOKUz3EfOU3nBBtiR6UfYncy8ryivxooexiJJp8oqfeoHub6iZ6rCHsiY+jAb2ahhte8K3vB17QD6GCZhzfRBMXREneybpVNlwOsest+qrBaLuxsA1zf4RKvpn7vxLHv7S3N82D7O1tHrNrC80ZYrZ3tFZLXabEuq4f8ABJ0hpd6lTbQlQvugep7Z2MNpda1Jkewcow6A2XDoPVKqIZMwU2dOWirlFRS6dA1ikjaxxZWzdRCc2xKfFTPmJrlIzIcXlXQ/D6zXqM7N/NNfg8PesamxfJJWU3lB1hNE06Kb7iq/WoOSnt390uSiYlrvpRXxlZi1wG2B2J7OXVcGa1UNz5MZTceUW6piUfZcPtbQsN1xle3lGqOJsbGUPRelftU2Q1gwHV7WW7jvl2Q7V77xKLqfT49zfpv9Tk7IrBhbfG00JTqHabwjNGsBn3R/+3ADr6JrRyjZWH1JtV0pWRQBwAEm4RrnPI9c4TowQ1N7DMDsztINLXCzAVKYAva95YotmTlFFn0uSo21zIzI6Rx+sirjEqJfLOQcTrLTfJd+7oy4+U5dWtst7B9k8OiTt9zFzic3W6t7aoOALeJsPScHaknTVfarNnusvgBfzMhCdWmOIJHEtlmbY5eHeIBh3lpUHeDahXhQQHtxQrxoxME5J1LEQTn3tBIGS0aYOa/GIZ3ROl96/EIbbpyL+qO9+nfwS8iRAYkRcqPRBLHFiBGamOReNz1fWTGuUuiMLL66lmbwNY/9Yp6h6madpLTdDCptVWF7ZIM3bsHR1zI8XjS5vYC2Qt0XkWtULG7Ek9JJJ8Z2Nu6qEX2PFamalfOcejZ2daNdK+IuAebp8EU7/jbefISjbBdrmSsc18oqkthaWRSXQ1m2+pK0CwGJw98l56lf/wAiy/abpGjiHUftG3Ycx6zN7lWDDeCGHapv8psmsGB/tNBMTTF22FYgb2UgG46xNTVRzhm3pZ4bRwOdBtbvi8QxRdoZnq+k4y4ogZSRhMdtMLnoy+k0nW0dHesD1PS9Qe/SqW7N85+k8Oag2xQqgcTYW8JaTRLL0jo4zg6Q0TXJ9lWt2/jMoT5GODn4Gi24KFvxY3I67CdKinMI3ONtWF79kTo3RzIfbvfr85xNaNI3c0hwte+V75jLstLYx9SeCi6Sgss5/PlmJJ3km/bnHrd85tFp0aNS06KWDl5DBg2o+Ap4QjhugwBragvDakw4RraggUTCJibwbUAKCJJgkgtelR7SfF8oTboWkz7afF8jFPunGv6o9F+n1jTvyN7XTGK+PRd2Z8vGcvSuOu2wDkPMyMj3mzVpU1mRhrfq0lJwq7dyXXxbPvPcN0ZiAYub0YqPCOJO2U3mTyEREVDFuYhpJhk5tQXcR1hYxIsHz6DaP7GUkgZebJyXYwVsIKROdNjT7PvL5EeExyosuXJXpTmsSaZOVQZdG0mf9O14Sq2OYmUHhlr1r1V2i1SkAtTMkfdf6HrmfVlKMQQVYbx+fWehnw61Vz6N8y/XNcIHNMuHqDI83YlO08D1TWUWbSmVPDawvTyveSn1qYjd5zk4nRhttKy1E/aXevxLvHbJOg9HLWYFmVad7XYhdog5gX3iPTjnoWqyWM5LVq/gKmJK1KtlpnPZF9pui54A98pvKIgGka1ha4pn/wBaj5TX9HUAoGza3C0yjlRp20gT006Z9RLKViRrXScuWVqkJJVoxS6xHCbZmbRrkpHj1OpINNyczlfPuj6mAThUhVEVt4+sic5FLUgkN8P0G8i3khq3rI+LYDOCBLkQRlKZffuhQC447307T6GDFVNlC3QCYMYftE/ikTTB+zt0kDu3zlSjmyKO79Ks9PQyl5K0+ZvF0TY5xxSl98OoAc8p1EcNvI6DmOvL6RxjI6tcHxjrHjBAkmEDElopJIIWIQE5xdDaGRNx08e+OVhnff8AnfEMM4AbC+cPAYpqVRKg3oyuOuxBI7xcQjGmgGp61az1qtFcPhnamroC1RTZjtC4UHgLEXtnnMqTBsjFSSrA55kd807k40WMRhzzuY2jTRgc0dBcA9RUi0ha4arlWJGTAey3Bhnl69kozt4L1h4ZQkr1qZuHYHpjGNrPVI2ztHcBYC1+gD85zqsPYzGYNjfpyBi9WNH87iLn3aftHrO4Dxue6ZRlnkysjgsWprYrCWO2zIbXpMSVt1X909kj8puJSriKVRDvplGU+8jKxBVh05y+aJ0Z7SkjeeMovKZo5aVWnUUWNXnHb+YW8jEOuSmTWMFQUxRsbX4eEQIsAGWmA8v5tFbUapm0Tt5QB1nh85I5MPagDr1Iuom0ew/m8isfUR8NcmAOE23eMERBIBaMT+sXsaRdNEc3nvuLfnskrED7QfCfUTk6eq3IXoF/Gc+Md1qOro7VD6a/l4ORWwwOYykclkOeY6ZOpmLamCN06JyiPQqCPUWyIkFkKG3A7osVbMOuASqkJWgqNeIEAcY3jHqMvpAWtCJv6QBYiGEMRVoBoHJDjT+kYfp2K6/ELg+iS/6w4Va1G1vaNmW3A77THtQMXzWOpXOThqR/iGXmBNlfHinSV2F7X8pVJcmcWYpp11Su1MizbI2h1yy8mmjwOduu1ULAADMAAZEntvKJpvSJxOKqVz99iw6hwHhaaXySYqxqqczsIc+osD6yMbS37o89i/UsNzSM7bwpPZkZkvKlWL1KJt7IVlXu2bzWNLVNqmR+0QniR8rzNOVyiFGGAFsn/wCMyiymSM6EcURCiLEsMRR3Rtmi6hyjBMAcUwyYhYswBtm9oR6lUzMjXz7oaPAOheCJByEEAsuNchmIFyKZNu8StYqszMWNiejd4Tq6dxNn2Qd6gHs32nFanfjKq4dzCmUlXtb4AK9twuRvHGHSx68co0AwPTDqYcOMsjLTMkVVDjI9k5uIuLX3iJcOnZEu+0JIOhSe4hgyNg3yj4MgAeMkx9ozUgDqtcX6YoSNRa1x1xznIBLwlfm6lOpu2XR/BgTNc14x3NaOdgbFgUHa5tfzmLvV2haaByiaR29HYIX/AFgVj/Cl/WYy7EozvDLcy/cn9YpiEAPvIV7/AHv+MomDls1dr7Feg/74HjlbzmE+ps1x/tZr9a5amvQS3gCPnKByxpYYc9bjyE0AfrF6lP1lF5Y0+yoH/MYeK/hJRRIy8GKBjd4YlhgHUbdGiYbmJBkgeWFUMNTG6hkEDYO+HELBJJJNPFWyOcEjKucEAnYqo1R2duJv2DgPC0QjkdkeciNisOAmKGMEpBeKFMCM0at4/syQR8SoO+citSKnLdOziJCrCSCPhGk1ZBoSUjQB4mNsId4DIBG3N2xRhVsrQxJA7TW07GsuLLYbAJ+xSq//AE2Qf9k5KNGcTVJIBOSiw6hctbxYyGEO4UTvUXsqsN4N/DMZziURwnaor9nKJ9TepXDRtWCq7RVummp/mH4yn8sIvh6R/wA31Rp3tS6+3Qpsf8NVP8It8px+Vsfoi24VV9G+syRqvuY+YLwQjLisTffAphGGkAeG6MvFu8ZZsjBA2p3R24kYvwEcpUyeoQB9WGZEEdp0+4QQBS1hu3RYUH6xCUBxkikLSCRHM8QY9SLDIxLMIlq/QIAiu2cj4jdFMZFxLQQN0JKWREkhGkgfBh3jYhyCQqgvEIY5G1XOSCQsYxHvdwj0Zr+8OwSAiTSM7OEb2T+b/WceiJ1sIcren07pRM36TUeTx74UdTMvdtX+kicqa/oJ6nT+r8Yrk1f7Bx0VD5hY5ynrfAv2ofBxMka1iw2YmzQmaGwiCZcUB2g7MvWC8BEEiIlzYRZMar7oIHqRp/8AckK69N5y7Ra1YB0meCQkr9IhSAdI4hOmGMUnT6w1WJYXgkXzqncRG3eRa1Mb7eGUZo1DffJA7VJkV7ycZExO8QQJSPLGUjogDwMONiOW+UAMxPHOGIlzIA5aN1feHYI6kbr+93CDJdSTSnUwpnMpbx+eE6mHX0lMzdqNC5Mz7NZf31Piv4To8oljhai/u38M/lOTyYn9d2p/ynQ19P2VT/Tf+mTEou+5mLExphnDffEpLjXFXgESIcAMiRsQd0feR6sAXSqjcY+tNT0SOogY2GUAeqOoyGcEjGCAf//Z" alt="Картинки по запросу nəsimi məmmədli">
Nəsimi Məmmədli: “Ölkəmizin demokratik gələcəyi ilə bağlı məsələlərdə Fransanın yeni prezidentinin xüsusi təşəbbüslərinin olacağını güman etmirəm”.


Fransanın Minsk Qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alaraq, yeni prezidentin Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı addımlar atacağının gözlənmədiyini vurğulayan Nəsimi Məmmədliyə görə, Fransanın yeni prezidenti ölkəmizin demokratik müxalifəti üçün bir nümunə ola bilər:

“Fransa çağdaş dünyanın demokratik mərkəzlərindən sayılan ölkələrdən biri olduğu üçün orada baş verən sosial-siyasi proseslər daim maraqla izlənir və bu hadisələrin bütün dünyaya təsiri var. Öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət bəsləyən, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi ilə bağlı zəngin tarixi təcrübəyə və nümunəyə malik olan Fransa həm də Avropa siyasi məkanının söz sahiblərindəndir. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ probleminin nizamlanması prosesində iştirakı ölkəmizdə seçkilərin yaxından izlənməsinə təsir edir. Öncə qeyd edək ki, seçkilərin birinci turunda qalib gələn Emmanuel Makronun mayın 7-də təkrar səsvermədə Fransanın yeni prezidenti olması artıq demək olar ki, real görünür.
 
Fransa tarixində ilk dəfədir ki, 39 yaşlı gənc prezident ölkəyə rəhbərlik etmək ərəfəsindədir. Habelə ilk dəfədir ki, ənənəvi mərkəz sağ və sol görüşlü partiyaların namizədləri də ikinci tura keçə bilmədi. İfrat sağçı namizəd Le Penin də səslərini artıraraq ikinci tura keçməsi diqqətdən qaçmamalıdır. İngiltərənin AB-dən çıxması və D.Trampın ABŞ prezidenti seçilməsinin ardından Avropanın gələcək siyasi taleyi ilə bağlı diqqət ən çox Fransadakı bu seçkilərə yönəlmişdi. Hazırda dünya siyasətində yaranmış qeyri-müəyyənlik davam edir. 

Görünən budur ki, AB qismən rahat nəfəs ala biləcək. Qloballaşmaya qarşı böyük cəbhə Fransada qalib gələ bilmədi. Həmçinin Türkiyənin AB-nə daxil olması ilə bağlı müzakirələrə qarşı sərt mövqeyi ilə seçilən namizədlərin də qalib olmaq şansı ortadan qalxdı. 

Konkret olaraq, bu seçkinin ölkəmizə təsirlərini iki aspektdən dəyərləndirmək doğru olar. Birincisi Qarabağ probleminin həlli, ikincisi isə ölkəmizin demokratik siyasi gələcəyi ilə bağlıdır. İndiyə kimi Qarabağ problemi ətrafında davam edən diplomatik gəlişmələri təhlil etsək, aydın görərik ki, problemin həlli istiqamətində ATƏT-in rolu həlledici deyil və indiki status-kvo davam etdikcə dəyişiklik olmayacaq. 

Problemlə birbaşa yaxından məşğul olan ATƏT-in Minsk Qrupu olsa da, bu qurum nəinki uzunmuddətli sülhə, hətta atəşkəs razılaşmasına belə doğru-düzgün əməl olunmasına təminatçı ola bilmir. Çünki problemə tərəflərin hökumətləri ilə yanaşı Rusiyanın da xüsusi yanaşması və təsirləri var. Yaxın perspektivdə problemin həllində ATƏT-in rolunun ön plana çıxması mümkün görünmədiyi üçün Fransada kimin prezident olması mövcud duruma xüsusi təsir etməyəcək. 

Ancaq bununla yanaşı erməni lobbisinin daha çox dəstək verdiyi namizədlərin uğur qazanmamasının psixoloji üstünlükləri də nəzərə alınmalıdır. 

Ölkəmizin demokratik gələcəyi ilə bağlı məsələlərdə də Fransanın yeni prezidentinin xüsusi təşəbbüslərinin olacağını güman etmirəm. Demokratik dəyişikliklər əsasən vətəndaşlarımızın siyasi fəallığından asılı olsa da, beynəlxalq yanaşmaların təsirlərini də istisna etməməliyik. Xüsusilə də Fransa kimi nüfuzlu dövlətdə insan hüquq və azadlıqlarına hörmət edən bir gənc liderin prezident seçilməsi ölkəmizin demokratik cəmiyyəti üçün müsbət qarşılana bilər və bu istiqamətdə əlaqələrə önəm verilməsi zəruridir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar