Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mal-qara alverçisi bacanağının hesabına necə Masallı təhsilinin başına keçib?


Rayon camaatı Astan İbişovun fəaliyyətindən narazıdır. Masallı Rayon Təhsil Şöbəsinin müdiri ilə bağlı Təhsil Nazirliyinə şikayət olunacaq.


Maliyyə idarəsinin rəisi Azər Zeynalov büdcədən ayrılan vəsaitlərin xərclənməsində bacanağına yaxından köməklik göstərdiyi iddia olunur.

Hazırda ölkənin cənub bölgəsinin təhsil sarıdan ən geridə qalmış rayonu məhz Masallıdır. Bunu yalnız biz yox, elə rayon camaatı, ziyalılar, həmçinin ekspertlər də bəyan edirlər. Belə ki, Masallıda fəaliyyət göstərən əksər təhsil müəssisələrində ciddi neqativ halların yaşandığını, orta məktəb şagirdlərinin dərsə davamiyyətinin zəif olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, rayon təhsil şöbəsinin müdiri Astan İbişov bacanağı, rayon maliyyə idarəsinin rəisi Azər Zeynalovun himayəsinə arxalanaraq bir sıra xoşagəlməz məqamlara rəvac verir.

Beləliklə, Masallı Rayon Təhsil Şöbəsinin müdirinin müəllim olarkən avtomobil hissələri, eyni zamanda heyvan bazarında mal-qara alveri ilə məşğul olduğunu iddia edən mənbə bildirir ki, Astan İbişov cəmi il yarım məktəb direktoru işlədikdən sonra məhz bacanağının yardımı ilə təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat alıb: 
"Deyilənlərə görə, o, təhsil şöbəsinin müdiri təyin olunduqdan sonra həm xaraktercə, həm də maddi imkan baxımından xeyli dəyişib. Belə ki, Astan İbişov bacanağı, Masallı Rayon Maliyyə İdarəsinin rəisi Azər Zeynalovun himayəsinə arxalanaraq rayon təhsil sistemində öz "qayda"larını tətbiq etməyə başladı. Bu isə əksər məktəb direktorlarının, müəllim və şagird heyətinin, eyni zamanda rayon camaatının narazılığına səbəb oldu. Çünki Astan İbişovun "qayda"ları Masallı təhsilini inkişafa deyil, məhz geriləməyə doğru aparır. Deyilənlərə görə, rayon təhsil şöbəsinin müdiri bi sıra məsələləri bacanağı Azər Zeynalovun yardımları ilə yoluna qoyur".

Bu arada, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov və rayon maliyyə idarəsinin rəisi Azər Zeynalovun fəaliyyətinə dair ilginc məlumatla çıxış edən infom.az-da yer alan informasiyada bildirilir ki, bacanaqlar rayonun büdcəsi üzərində əsl talan siyasətini həyata keçirir. Buna misal olaraq yeni dərs ilində məktəblər üçün təkcə təbaşirin satın alınmasından ötrü "Dalğa-AA" MMC-yə 31 min manat vəsait ötürülməsini göstərmək olar. Təbii, ilk baxışda bu məbləğ bir o qədər də çox görünmür. Lakin biləndə ki, həmin vəsaitə uyğun mal 50 ton edir və onu 5 "Kamaz"a yükləmək olar, o zaman bu qədər təbaşirin Masallı məktəbləri üçün alınması təəccüb doğurur. Axı bu, az qala ölkənin bütöv təhsil siteminə bəs edər. Üstəlik məktəblərin əksəriyyəti yeniləndiyindən, kompüterləşdirildiyindən, təhsildə yeni yanaşma və texnoloji vasitələr tətbiq edildiyindən, təbaşirdən hazırkı vaxtda bir o qədər də istifadə olunmur. Görünən odur ki, təbaşiri, daha doğrusu onun alınması sərf olunun vəsaiti əvvəlcə kağız üzərində, sonra isə lövhədə silməyin asan olduğunu bilən Astan İbişov və Azər Zeynalov bu yolla maraqlarını reallaşdırmağa çalışıblar…

Bu gün Masallı rayonunda 63-ü orta, 32-si ümumi, 4-ü ibtidai olmaqla 99 ümumtəhsil məktəbinin, 3 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxs qeyd edir ki, maliyyə idarəsinin rəisi Azər Zeynalov dövlət büdcəsindən rayon təhsil şöbəsinə ayrılan vəsaitlərin xərclənməsi məsələsində bacanağına yaxından köməklik göstərir: "Deyilənlərə görə, hazırda Masallıda müəllimlərin bir qismi ixtisası üzrə işləmir. Bunun da acı nəticəsi olaraq orta məktəbi bitirmiş şagirdlərin bir qismi ali məktəbə daxil ola, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında uğurlu nəticə göstərə bilmirlər. Artıq rayon sakinlərinə də bəllidir ki, faktiki olaraq Masallı təhsilini bərbad hala salmış Astan İbişov təhsil müəssisələrini sanki bazara çevirib. Elə bu səbəbdən də artıq uzun müddətdir ki, Masallıda təhsil sahəsində ciddi böhran yaşanır. Belə ki, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin əksəriyyəti hər ay şöbə müdirinə "baş çəkir", onunla qısa "söhbət"dən sonra geri qayıdırlar. Odur ki, rayon camaatı Masallı təhsilində olub-bitənlərlə bağlı bu yaxınlarda Təhsil Nazirliyinə müraciət etməyi planlaşdırır. Əgər bu, baş verərsə, o zaman Astan İbişovun vəziyyəti heç də yaxşı olmayacaq…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar