Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə Nazirliyinin “MTN yoxlaması” bitdi


Bu, Eldar Mahmudovun həbsinə hazırlıq kimi qiymətləndirilir


Maliyyə Nazirliyi ləğv edilmiş Milli Təhlükəzilik Nazirliyində (MTN) yoxlamanı başa çatdırıb. Yoxlama zamanı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi faktları üzə çıxıb. 

Bu haqda gununsesi.info məlumat yayıb. Sayt yazır ki, Maliyyə Nazirliyinin MTN-də Eldar Mahmudov dönəminin maliyyə fəaliyyətinin yoxlanması zamanı külli miqdarda mənimsəmə faktları aşkarlanıb. 

Məlum olub ki,  Eldar Mahmudov və onun dəstəsi büdcə vəsaitlərini talan edərək, hər il 7-8 milyon manat vəsait mənimsəyiblər. Belə ki, nazir dövlət büdcəsindən agentura şəbəkəsinin saxlanması, paytaxtda agentlərlə  görüş üçün kirayə mənzillərin tutulması, MTN-in nəzarətində olan jurnalistlərin və QHT rəhbərlərinin “paket” maaşlarının “qaralama siyahıda” 3-4 dəfə  azaldılması faktlarını ortaya çıxıb. 

Amma maraqlısı odur ki, Maliyyə Nazirliyinin yoxlamaları 20 gün öncə başa çatsa da, nədənsə nazirlik susmağa üstünlük verir. Maliyyə Nazirliyinin büdcə vəsaitlərinin talanması ilə bağlı faktları Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edəcəyi gözlənilsə də, hələlik bu baş verməyib. Maliyyə Nazirliyindən məsələyə münasibət bildirməyiblər.

Eldar Mahmudovun nazir olduğu dövrdə MTN-in gizli görüşlər üçün nəzərdə tutulan mənzillərinin satılması faktları haqda da xəbərlər var. Məlumata görə, sabiq MTN rəhbərliyi və bu qurumun bəzi rayon şöbələrinin rəhbərləri ləğv olunmuş MTN-in balansında olan xidməti mənzilləri, konspirativ görüşlər üçün nəzərdə tutulan evləri satıblar. 

Satılma planlı şəkildə həyata keçirilib. Əvvəlcə keçmiş MTN-in balansında olan, MTN əməkdaşlarının yaşayışı və ya görüş yerləri kimi nəzərdə tutulan mənzillər özəlləşdirilib və digər şəxslərin adına keçirilərək satılıb. Yalnız Bakıda deyil, bir neçə rayonda da özünü sabiq MTN rəhbərliyinə müstəsna dərəcədə yaxın hesab edən, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməyəcəyindən əmin olan bəzi rayon şöbələrinin rəhbərləri də bu cür əmələ yol veriblər. Belə məlumatlar var ki, Maliyyə Nazirliyinin yoxlamasının nəticələri “yuxarılar”la razılaşdırıldıqdan sonra hesabatda yer alan qanunsuzluqlara dair faktlar araşdırlimaq üçün müvafiq orqanlara göndəriləcək. 

Bu halda MTN-in MTK-ya (Mənzil Tikinti Kooperativi) çevrilməsinə görə birbaşa məsuliyyət daşıyan şəxsin sabiq nazir olması birmənalıdır. Bu faktlardan biri təsdiqlənəcəyi təqdirdə Eldar Mahmudovun həbsi üçün ciddi əsaslar yaranacaq. Sabiq naziri mənzil satışına görə həbs edib digər epizodlar üzrə də ona ittiham elan edə bilərlər.   



Bundan başqa, Maliyyə Nazirliyi Eldar Mahmudovun qudası Cahangir Hacıyevin həbsə alındığı “Beynəlxalq Bank işi” üzrə də əsas iddiaçı qurumlardan biridir.
 
Bir müddət əvvəl qəzetimizə müsahibə verən C.Hacıyevin vəkili Aqil Layıcov da təsdiqləmişdi ki, iş üzrə istintaqı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparsa da, yoxlamalara nəzarəti Maliyyə Nazirliyi həyata keçirir. 
Hazırda “MTN işi” üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində, “Beynəlxalq Bank işi” üzrə isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir. 

Bu işlərin eyni icraatda araşdırılması mümkünsüz görünsə də, E.Mahmudovla C.Hacıyevin şəxsi münasibətlərinə söykənən əməllərin bir çoxu da hazırda araşdırma mövzusudur. 

Eldar Mahmudovun indiyə qədər həbs edilməməsinin səbəbləri ilə bağlı çoxsaylı mülahizələr var. Bu sırada Eldar Mahmudovun əlində ciddi kompromatların olması ilk yeri tutur. Bəzi ekspertlər hesab edir ki, keçmiş nazir hakimiyyəti əlindəki kompromatlarla şantaj edir. Bir müddət əvvəl Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barəsində 2800 ədəd intim videonun olması barədə məlumat yayıldı. Bundan əvvəl isə Azərbaycan haqda heç vaxt xəbər yazmayan bir jurnalda MTN-lə Beynəlxalq Bankda aparılan maliyyə yoxlamalarına nəzarət edən orqanın rəhbəri - maliyyə naziri Samir Şərifov haqda “üçqat agent” iddiası ortaya atılmışdı. 

Bu iddia ictimailəşəndən sonra bütün diqqət Eldar Mahmudovla onun qudası Cahangir Hacıyevin üzərində cəmləşmişdi. Ekspertlər bunu Eldar Mahmudov-Cahangir Hacıyev tandeminin şantajı kimi qiymətləndirirdi. Bundan sonra 2800 video məsələsi gündəmə gəldi. Hətta iddia olundu ki, bu videolardan bəziləri yayıla bilər. Bu məlumatdan sonra isə Eldar Mahmudovun ölüm xəbəri yayıldı. 

Bu isə qarşı tərəfin dövriyyəyə buraxdığı məlumat kimi dəyərləndirildi. Rəsmi qurumların məlumata heç bir reaksiya verməməsi bu ehtimalı bir qədər də gücləndirdi. Ekspertlər hesab edirdi ki, bu məlumatlar dövriyyəyə buraxılmaqla Eldar Mahmudovun şantaj çetesinin reaksiyası yoxlanılır və əks addımların atılmasına hazırlıqlar görülür. Bundan başqa, “Azadlıq” məlumat yaymışdı ki, Eldar Mahmudovun şantaj hədəsinə cavab olaraq ona qarşı vətənə xəyanət ittihamı irəli sürülməsi barədə plan var. Bütün bunlar onu göstərir ki, hakimiyyət narahat olsa da, Eldar Mahmudovun qarşısında geri çəkilmək niyyətində deyil. Görünür, artıq Eldar Mahmudov da bunun fərqindədir. O, istənilən halda həbs olunacağını başa düşür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar