Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mark Zükerberqin sirri açıldı


"Facebook”un qurucusu Mark Zükerberq "Instagram”ın 500 milyon istifadəçi sayına çatması münasibətilə ofisdəki öz masasında çəkilmiş fotonu paylaşıb


İlk baxışda fotoda heç bir qeyri-adilik nəzərə çarpmır. Ancaq daha diqqətli baxanda bu foto Markın böyük bir sirrini açır. Məlum olur ki, Mark kompüterinin kamera və mikrofon girişini qara lentlə bantlayıb.

Mütəxəssislər bildirirlər ki, bu haker şantajlarına qarşı alınan tədbirdir. Hakerlərin kompüterlərin kamera və mikrofonlarını ələ keçirərək insanları izləyib dinləyə bildikləri illərdir ki, bilinir. Guya "Mac” kompüterlərində kamera qeydə almağa başlayanda aktiv olan kiçik bir lampa var. Ancaq 2013-cü ildə FBİ (ABŞ-ın Federal Təhqiqatlar Mərkəzi) bu lampanı aktiv hala salmadan kameraları uzaqdan idarə etməyin mümkün olduğunu açıqlayıb. Hətta FBİ müdiri Ceyms Komi konferansların birində "kompüterimin, telefonumun kamerasına lent yapışdırıram. Çünki məndən daha ağıllı birinin bunu etdiyini görmüşəm”, - deyib.

Bir çox insan fikirləşir ki, "mən terrorçu və ya təhlükəli qatil deyiləm. FBİ məni neynir ki?”. Ancaq bu yanaşma düz deyil. Çünki eyni üsulla hakerlər sizin haqqınızda bir çox məlumat və görüntü əldə edə bilərlər. Ən qorxulusu isə bu məlumatlarla sizi şantaj edə bilərlər.

Xatırladaq ki, 2014-cü ildə "Facebook” telefonların mikrofonu sayəsində istifadəçilərin gündəlik danışıqlarını dinlədiklərini, onların sevimli musiqilərini, televiziya verilişlərini müəyyənləşdirə bildiklərini etiraf etmişdi. Deyilənə görə, "Facebook” bu məlumatları reklam şirkətlərinə satır. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar