Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin ən məşhur əsəri oğurlandı



Dünyaca məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Yüz il tənhalıqda” romanının ilk nəşrlərindən biri oğurlanıb


Kulisin onedio.com-a istinadən verdiyi xəbərə görə, Markesin imzası olan kitab həftəsonu Kolumbiyanın paytaxtı Boqotadakı Beynəlxalq Kitab Sərgisində oğurlanıb.

Sözügedən kitab Korferias Sərgi Mərkəzində kilidli bir dolabda sərgilənirdi. Polis sərgi mərkəzindəki kameralardan oğrunu və ya oğruları tapmağa çalışır.

Kitabın sahibi Alvaro Kastillo 1967-ci ildə nəşr olunmuş əsərə 60 min dollar qiymət qoyulduğunu söyləyib.

Kastilio Uruqvayın paytaxtı Montevideodakı bukinistdən aldığı kitaba məşhur yazıçının “Köhnə kitablar satan Alvaro Kastilioya. Keçmişdən əbədiyyətə qədər hər zaman  dostum olaraq qalacaqsan. Qabo” yazıb imzaladığını bildirib. Kastilio kitabın onun üçün qiymətsiz olduğunu söyləyib.

Latın Amerikasının ən böyük kitab sərgilərindən olan Boqota Kitab Sərgisi bu il “Yüz il tənhalıqda” adı keçən xəyali Makonda kəndinə ithaf olunmuşdu. Sərgi bu günlərdə başa çatacaq.

Xatırladaq ki, “Qabo” ləqəbli Markesin arxivini Texas Universitetinin Harry Ransom Mərkəzi 2,2 milyon dollara almışdı.

Latın Amerikasının magik dünyasını qələmə alan əsərlərinə görə, 1982-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülən Markes Servantesdən sonra ən böyük ispandilli yazıçı hesab olunur. Məşhur yazıçı 2014-cü il, aprelin 17-də vəfat etmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar