Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin vida məktubu saxtadırmı?


Məşhur yazar Qabria Qarsel Markesin ölümündən sonra dünyada və ölkəmizdə demək olar ki, bütün saytlar Markesə aid olduğu deyilən “Vida məktubu”nu oxucuları ilə paylaşdı. İddialara görə isə əslində Markes heç vaxt belə məktub yazmayıb.


Bu gün “museumofhoaxes.com” saytı sözügedən məktubun Markesə aid olmadığını açıqlayıb. Məktub 2000-ci ildə may ayının 29-da Markes xəstə yatarkən “La Republica” qəzetində çap olunmuş, daha sonra bütün dünyaya yayılmışdı.
 
Türkiyə saytlarında geniş analiz edilərək bu vida məktubunun tarixçəsi belə izah olunur:
“2000-ci ilin may ayı idi və Nobel mükafatlı kolumbiyalı yazar Qabriel Qarsia Markes bir müddətdir ki, ortalarda görünmürdü. Nənəsinin vaxtından qalma hekayələri yazmaqda ustalığı qədər Kastro və Klintonla olan dostluğu ilə də məşhur olan və bu dostluqları ilə yada salınmaqdan, məşhur olmaqdan zövq alan yazar qəflətən ictimai həyatından uzaqlaşmışdı. Markes hekayələrinin həmişə qəribə tarixçələri olur axı, elə o özü də meydanı boş qoyduğu günlərdə qəribə bir hekayənin qəhrəmanı oldu. Linfa bezi xərçəngi diaqnozu qoyulan yazarın ədəbiyyat dünyasında dostlarına yazdığı lirik vida məktubu ortaya çıxdı. Təbii ki, internetdə. İspanca yazılıb, Rafael İsa (İsus) Qonsales adlı adam tərəfindən dərhal ingiliscəyə çevrilmişdi. Son dərəcə kədərli və həyəcanlandırıcı tərzdə ölüm yatağında qələmə alınmış məktuba, aciz bir qocanın sözləri hakim idi. Halbuki, “Yüz ilin tənhalığı”ndakı əsrlik Ursulanı belə danışdırmamışdı. (həmin vida məktubu burada)
 
Utanc içində ölmək
 
Roman və hekayələrindəki əyləncəli və maraqlı üslubun yerini hıçqırıq dolu, qaramat bir dil almışdı. Marqaret Ətvud, Suzan Hil və Norman Mailirin həyat yoldaşı Noris Mailirə qədər gedib çatan vida məktubundakı sətirlər Markesin üslubunu qətiyyən xatırlatmırdı. Onsuz da məktubun saxta olduğunu açıqlayarkən özü də belə deyəcəkdi: “Məni ölümdən çox bu qədər zövqsüz bir şeyi yaza biləcəyimə inandıqlarına görə keçirdiyim utanc içində ölmək qorxudur”.
 
Amma “Kukla” (La Marioneta) başlıqlı məktubu alanlar buna inandı. Ssenarist Arnold Vesker ədəbi olması üçün səy göstərildiyi açıq-aydın görünən mətndə bir zəiflik hiss eləmişdi, ancaq bunu “ölüm ayağında olan bir adamın sözləridir. Bəzən həddindən artıq həssas, bəzən müdrik, bəzən də çox təvazökar olması qaçılmazdır”, - deyərək yazını qəbul etmişdi. Halbuki Markes heç vaxt bu cümləni quracaq qədər təvazökar olmamışdı: “Əgər Tanrı bir anlıq bir kukla olduğumu unudub mənə bir qurtum həyat versə, düşündüklərimi izah etmək yerinə, izah etdiklərimi düşünərdim...”
 
Məktub az qala bir göz qırpımında bütün dünyaya yayıldı. Bunu yayımlayan Perunun “La Republica” qəzeti olub. Səhərisi gün dərhal Meksika qəzet və radioları böyük yazarın bir məktubla vidalaşdığını yayımladı.
Və bu bazar ertəsi günü başlayan zarafatın ömrü iki gün çəkdi. Çərşənbə günü Markesin belə bir məktub yazmadığı məlum oldu. Hərçənd yazarın xərçəng xəstəsi olduğu məlum idi. 1967-ci ildə özünü evə qapadıb “Yüz ilin tənhalığı” romanını yazan və günə altı paket siqaret çəkdiyini etiraf edən Markesə illər sonra 1999-cu ilin iyul ayında xərçəng diaqnozu qoyulmuş və müalicə almışdı. İtkin düşməsinin səbəbi isə ölüm döşəyində olması deyil, kitab yazmaqla məşğul olmağı imiş. Kolumbiyada çap olunan “El Tiempo” qəzetinə etdiyi açıqlamada iki romanı və üç cildlik xatirələrilə bağlı yazdığı kitablarla məşğul olduğu üçün dostlarıyla əlaqəsini minimuma endirdiyini, telefonlarını söndürüb bütün səyahətlərini ləğv etdiyini bildirmişdi.
 
Aradan illər keçdi, dünən Markes öldü və onun “vida məktubu” yenidən gündəmə gəldi.
 
Bəs, Markesin romanları qədər yaddaqalan bu əsərin həqiqi müəllifi kimdir?
 
Yazarın adı Coni Velçdir. Çox məşhur olan bir vantriloqdur. 15 il boyunca Meksika və digər Latın Amerikası ölkələrində, kuklaları qarnından danışdırdıqdan sonra bu dəfə yenə qarnından Markesi danışdırmağa cəhd eləmişdi. Məktubun mediaya çıxdığı birinci il (2000-ci il) Meksikada yayımlanan “İnfiRed” radiosunda vida sətrlərini özünün yazdığını etiraf edərək belə deyib: “Tamam, mən yazar deyiləm. Amma yenə də yazısı bəyənilməyən bir adamın xəyal qırıqlığını yaşayıram” (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar