Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin vida məktubu yayıldı


“Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar”.
 
Bu sözlər dünya ədəbiyyatının patriarxı Qabriel Qarsia Markes gözünü əbədi yumandan sonra yayılan vida məktubunda yer alıb.
Böyük yazıçının vida məktubunu təqdim edirik:
 
 
“Tanrı bir anlıq çınqıldan da ufaq olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlıma gələn hər şeyi dilə gətirməyə bilərdim, amma heç olmasa, dilimə gətirdiklərimi detallarıyla keçirər və düşünərdim:
 
-  Əşyaların maddi tərəflərinə deyil, mənalarına, mənəvi dəyərinə dəyər verərdim.
 
- Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar.
 
- Başqaları dayandığı zaman mən getməyə davam edərdim.
 
- Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim.
 
- Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadından zövq almağımda olardım.
 
- Əgər Tanrı mənə bir az da ömür versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım.
 
- Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk edər və günəşin göstərməsini gözləyərdim.
 
- Səmadakı aya, ulduzlar boyunca Van Qoq rəsmləri çəkər, Benedetti şeirləri səsləndirər və serenadalar oxuyardım.
 
- Gözyaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istəyərdim.
 
... Tanrım bir qurtumluq həyatım olsaydı...
 
Gün olmasın ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri, ən sevdiyim insanlar olduqlarına inandırardım. Və EŞQ içində yaşayardım. Kişilərə, yaşa dolduqları vaxt eşqdən uzaqlaşmaqlarının nə qədər səhv hərəkət olduğunu izah edərdim. Çünki, insan eşqdən uzaqlaşdıqca yaşlanır. Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməyinə imkan yaradardım.
 
- Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unudulma ilə gəldiyini öyrədərdim.
 
EY İNSANLAR! Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların, xoşbəxtliyin həqiqətləri (gerçəkləri) görməkdən keçdiyini olduğunu bilmədən, dağların zirvəsində yaşamaq istədiyini öyrəndim
 
Yeni doğulan balaca bir körpənin, atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim.
 
Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt bir şəkildə... Artıq ölə bilərəmmi? (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar