Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Market və şirkətlərin yararsız ərzaq fırıldağı



“Ticarət şəbəkələrində istifadəyə yararsız kimi satışdan çıxarılan ərzaq məhsulları istehsalçı şirkətlərə geri verilir. Sahibkarlar və müəssisələr isə məhsulun yararlılıq tarixini dəyişməklə yeni məhsul kimi təkrar mağazalara paylayırlar”


Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusilə rayonlarda köhnə məhsulların məhv edilməsinə nəzarət edilmir: “İqtisadiyyat və Sənaye Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi reydlər keçirir,  istifadəyə yararsız köhnə məhsulların satışdan çıxarılmasına qərar verir. Amma satışdan çıxarılan yararsız məhsulların məhv edilməsinə nəzarət edən qurum yoxdur. Məhsulların daşınması, məhv edilməsi vaxt və maliyyə tələb edir. Buna görə də protokol tərtib edilir, satıcı və ya mağaza rəhbəri həmin protokolu imzalayır. Tanınmış ticarət mərkəzləri də daxil olmaqla mağazalar məhsulları geri qaytarmaq sistemi ilə işləyir. Sahibkarların marağı olmadığından belə məhsullar yenidən satılır. Ümumiyyətlə, satışdan çıxarılan məhsulların  istehsalçı şirkətlərə geri verilməsi yolverilməzdir”.

E.Hüseynov onu da qeyd etdi ki, satışdan çıxarılan məhsulların məhv edilməsi konkret bir quruma həvalə edilməlidir: “Təşkilatımız belə bir qurumun yaradılmasını təklif etmişdi. Lakin bu təklifə baxılmadı. Məhsulların satışdan çıxarılaraq məhv edilməsi ilə bağlı dövlət qurumlarınını ara-sıra açıqlamalarına rast gəlirik. Bizim təşkilat 20 ildir fəaliyyət göstərir. Bu illərdə yalnız 3 dəfə köhnə, yararsız məhsulların məhv edildiyinin şahidi olmuşuq. Məhsullar məhv edilərkən ictimaiyyətin nümayəndələri, jurnalistlərin iştirakı təmin edilməlidir”.

Təşkilat rəhbəri dedi ki, bölgələrdə alqı-satqı “borc dəftəri” ilə aparıldığından məhsulların köhnə olub-olmadığına əhəmiyyət verilmir: “Nisyə mal alanlar məhsulun yararlılıq tarixinə önəm vermir. Müşahidələrimiz göstərir ki, bölgələrdə köhnə məhsul anlayışına elə də əhəmiyyət verilmir. Halbuki xəstəliklərin əksəriyyəti məhz köhnə, keyfiyyətsiz məhsullarla qidalanmağın nəticəsində yaranır”.

Mütəxəssis deyir ki, əsasən də şəkərli-qənnadı məhsullardan zəhərlənmələr olur: “Hər il Yeni il ərəfəsində köhnə məhsullardan ibarət “hədiyyə”lərə rast gəlirik. Satılmayan məhsulları qablaşdıraraq satışa çıxarırlar. Buna görə də valideynlərə tövsiyə edirik ki, açıq konfet və şokoladları tullasınlar. Çünki bu məhsulların üzərinə əksər hallarda yararlılıq tarixi vurulmur. Yalnız üzərində istehsal tarixi, istehsalçı müəssisə, tərkibi haqqında məlumatlar verilmiş qablaşdırmadan istifadə etsinlər.  Əks halda yalnız özləri zərər çəkəcəklər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar