Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marneulidə soydaşlarımıza divan tutulur


Borçalıda gərgin vəziyyət yarandı - SOS


Gürcüstanda bütün dövlət resursları, xüsusi xidmət orqanları və icra nümayəndəliklərindəki sıravi işçilərə qədər hər kəsi səfərbər ediblər ki, Marneulidən ikinci mandatı türk-azərbaycanlı qazanmasın.

Faktor.az-a Borçalıdan daxil olan informasiya ilə vəziyyətin nə dərəcə qorxulu həddə çatdığı bəlli olur. 

Borçalıdan, xüsusilə Marneulidən olan soydaşlarımız sırf milli mənsubiyyətə görə qarşılaşdıqları ayrı-seçkilikdən əziyyət çəkirlər. Hətta deyə bilərik ki, bu günlərdə həbs edilən 6 nəfər haqda mətbuatda heç bir informasiya getmədi.

Azərbaycanəsilli ağsaqqal və məktəb direktorlarını sıxışdırılır, svanəsilli namizəd Tamaz Naverianinin seçilməsi üçün təzyiqlər edilir. Bundan əlavə biznesmenlərimizi xüsusi cərimələrlə təhdid etməkdən belə çəkinmirlər. Gecələr isə silahlı şəxslər evlərə daxil olurlar.

Marneuli bazarında azərbaycanlı satıcılara müraciət ediblər ki, Naveriani seçilməzsə, onların bazarlara çıxışına qadağa qoyulacaq. Əsas yaşayış mənbəyi olan bazar və torpaqla bağlı hədə- qorxu gəlinən soydaşlarımızı hətta çörəklə belə hədələyirlər. 

Gənclərin həbs olunacağı ilə bağlı şayiələr yayırlar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev oktyabrın 30-da majoritar qaydada keçiriləcək seçkilərin 2-ci turunda iştirak edəcək.



Əhməd İmamquliyev birinci turda rəqibi Tamaz Naveriani üzərində 48,8% səs toplamaqla qələbə qazansa da, bu, ona birinci turda qalib gəlməyə imkan verməyib.

Çünki dövlət qanunsuz olaraq seçkilərə açıq müdaxilə edir və bütün imkanları ilə azərbaycanlı namizədin məğlub olması üçün çalışır. Əhməd İmamquliyevi nəinki “Vahid MilliHərəkat” partiyasının tərəfdaşları, həm də rəqibi Tamaz Naverianinin kriminal keçmişi olmasından narahat olan digər vətəndaşlar da dəstəkləyirlər.

Əhməd İmamquliyev bildirir ki, kriminal yollarla pul toplayıb Marneuli rayon bazarlarını alan Tamaz Naveriani hazırda bazara gələn əhaliyə təzyiq göstərir ki, ona səs verməsələr, azərbaycanlıların bazarda məhsullarını satmasına əngəl olacaq. Lakin Əhməd İmamquliyev söyləyir ki, Gürcüstan demokratik ölkə olduğunu bəyan edib və vətəndaşlar heç bir kriminal təzyiqdən qorxmamalıdırlar. O əmindir ki, 36-cı seçki dairəsinə daxil olan bütün vətəndaşlar kişili, qadınlı, gəncli, qocalı seçki məntəqələrinə gedərək, kriminala “YOX”, Əhməd İmamquliyevə “HƏ”deyəcəklər.

Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.

Qeyd edək ki, ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar