Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Martin Şultsun alman inadı

Avropa Parlamenti Ankaranın bütün şərtləri yerinə yetirənə qədər Türkiyə ilə viza rejiminin liberallaşdırılması məsələsini müzakirə etməyə başlamayacaq


APA-nın məlumatına görə, bunu Avropa Parlamentinin sədri Martin Şults İtaliyanın "la Repubblica" qəzetinə müsahibəsində bildirib.
 
M. Şutls deyib ki, Avropa Komissiyasının Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə təklifi hələ də onun masası üzərinə durur: "Parlamenti Türkiyə hökuməti 72 şərtin hamısını yerinə yetirənə qədər  Avropa Parlamenti bu təklifin müzakirəsinə başlamayacaq. Razılaşma əldə edilsə də, Türkiyə hökuməti bununla bağlı öz öhdəliklərini yerinə yetirmir. Bununla da onlar razılaşmanın xitam verilməsi istiqamətində risk edirlər".
 
Qeyd edək ki, bu il mayın əvvəlində Avropa Komissiyası Avropa Parlamenti və Avropa İttifaqı Şurasına Ankaranın öhdəlikləri yerinə yetirəcəyi halda iyunun sonuna qədər Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasını təklif edib. Bu şərtlər sırasında Türkiyənin terrorizmlə mübarizə sahəsində qanunvericiliyinə yenidən baxılması da var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz antiterror qanunvericiliyinə yenidən baxmayacağını bəyan edib, Avropa İttifaqını ikili standartlardan çıxış etməkdə günahlandırıb. Eyni zamanda R. T. Ərdoğan viza rejimi liberallaşdırılmazsa, miqrantlarla bağlı  Türkiyə və Avropa İttifaqı arasında əldə edilən razılaşmanın parlamentdə ratifikasiya edilməyəcəyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar