Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda 400 kq yararsız ət aşkarlanıb


Masallı Rayon Polis Şöbəsi (RPŞ) və rayon Baytarlıq İdarəsi əməkdaşlarının birgə iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə rayon ərazisində reyd keçirilib


APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Səmidxan kənd sakini Rəşad Xeyrəddin oğlu Səmədovun idarə etdiyi "Mercedes" markalı,  44 BR 280 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.
 
Avtomobilin arxa oturacağına və yük yerinə baxış keçirilərkən oradan 400 kiloqrama yaxın heyvan cəmdəkləri aşkarlanıb. Daha sonra minik avtomobili RPŞ-ə gətirilib.  İlkin araşdırmalardan heyvan cəmdəklərinin heç bir mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
 
O da məlum olub ki, Rəşad Səmədova məxsus bu heyvanlar xəstələndiyindən o, onları kəsərək Bakı şəhərində satmaq məqsədi güdüb.
 
Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən cəmdəklərdən və sümüksüz ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək ərazi Baytarlıq Laboratoriyasına təqdim olunub.
 
Daha sonra heyvan cəmdəkləri zərərsizləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar