Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda müəllimlər kütləvi etiraz edir


"Yayda bizdən iki dəfə 50 manatdan pul yığılıb. Bir dəfə pulu Bakıdan gələn komissiya üçün yığdılar. Sonra yenə də direktorları çağırıb dedilər ki, 50 manatdan pul yığın. Hətta bəzi müəllimlərdən dərs saatına görə 100 manat aldılar. Təhsil şöbəsinin müdiri Astan İbişov deyir ki, pulu Təhsil Nazirliyinə göndərir. İndi yeni dərs ili gəlir deyə bizə dərs saatlarını satırlar. Şöbə müdiri direktorlara yenə də müəllimlərdən 50 manatdan yığmağı tapşırıb"


Bunu arqument.Az-a Masallı rayonundan bir qrup müəllim deyib. 

Onlar bildiriblər ki, təhsil şöbəsinin müdiri Astan İbişovun bu tapşırığı ilə bağlı Təhsil Nazirliyinə və Prezident Adminstrasiyasına şikayət edəcəklər. Müəllimlər bildiriblər ki, Təhsil Nazirliyinə sorğu göndərməyi planlaşdırırlar. Onlar bu pulların doğrudan da, Təhsil Nazirliyidən istənildiyini və kimin istədiyini dəqiqləşdirməyə çalışırlar: "Biz bilmək istəyirik ki, bu pulu kim yığır. Niyə biz pul veməliyik? Bizə dərs saatlarını satırlar. Deyirlər, kim pul verməsə, ona dərs saatı az veriləcək. Astan İbişov da deyir ki, gedib kimə və hara şikayət edirsinizsə, edin".

Qeyd edək ki, bir müddət öncə Masallı rayonunda müəllimlərdən 50 manatdan pul yığıldığı barədə məlumat vermişdik. 

Müəllimlərin Arqument.Az-a verdiyi məlumatda bildirilirdi ki, Təhsil Nazirliyi rayona komissiya göndərib və həmin komissiya rayonun bir neçə məktəbində yoxlama aparıb.  

Bundan sonra isə rayon təhsil şöbəsinin müdiri Astan İbişov direktorları çağıraraq tapşırıb verib. 

Onun hər məktəbdən komissiyanı yola salmaq üçün 1600 manat pul tələb etdiyi iddia olunurdu. 

Müəllimlər bildirmişdilər ki, pulu şagirdlərin sayına görə alırlar. Məbləğ isə 1600-1800 manat civarındadır. Həmin ərəfədə nə Təhsil Nazirliyi, nə də təhsil şöbəsi sorğumuza cavab verdi. 
 
Məsələ ilə bağlı Masallı rayon Təhsil Şöbəsi heç bir açıqlama vermədi. 

Mövzunu diqqətdə saxlayacağıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar