Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda oğurluq və quldurluq tüğyan edir


Masallı rayonunda kütləvi oğurluq hadisələri davam edir


PİA.AZ cenubnews.com-a istinadən xəbər verir ki, rayonun Boradigah qəsəbəsində baş verən çoxsaylı oğurluq hadisələri yerli sakinləri dözülməz həddə çatdırıb.

Ötən gecə sözügedən qəsəbədə “ələ keçməz” oğrular kənd sakini Teymurov Əlipənah Xanış oğlunun evini çapıb talayıblar. Hadisə yerinə polis çağırılıb. Lakin polis yenə də sakinləri ümid verməklə sakitləşdirib. Oğruların isə Boradigahda çapıb-taladıqları evlərin sayı-hesabı itib. Onu da qeyd edək ki, cinayətkarlar yalnız qızıl-zinət əşyaları və pul oğurlayırlar.

Rayonun Ərkivan qəsəbəsində baş vermiş tükürpədici cinayətin üstü də hələ ki, açılmayıb. Xatırladaq ki, bu il yanvar ayının 25-i, gecə saat 03:30 radələrində Ərkivan qəsəbə sakini, 43 yaşlı İlqar Məmmədov və onun həyat yoldaşı - 35 yaşlı Qərənfil Məmmədovaya üç nəfər maskalı şəxs küt alətlə xəsarət yetirərək pul tələb ediblər. Cinayətkar dəstə evdəki uşaqların əl-ayağını, ağzını bağlayıb, onlara da fiziki güc tətbiq ediblər. Maskalı şəxslər ev sahibəsinin qızıl boyunbağını, üzüyünü, evdə olan 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək aradan çıxıblar. Ev sahibləri ağır bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Lakin ev sahibləri xəstəxanadan evə buraxılsalar da, yaşadıqları evə qorxudan gedə bilmirlər. Sözügedən cinayət hadisəsini törədən maskalı quldurlar hələ də tutularaq istintaqa təhvil verilməyib.

Əlavə edək ki, rayonda, xüsusən də Boradigah qəsəbəsində kütləvi qarətlər və quldurluq faktları barədə əvvəl xəbər vermişdik. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar