Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki


“Sevil Massivi” MTK ilə bağlı başlanmış istintaq işində Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevdə dindirilib


Mənbənin sözlərinə görə bələdiyyə sədri qeyri qanuni olaraq bələdiyyə torpağını “Sevil Massivi” MTK-ya  uzunmüddətli icarəyə verib.

Bələdiyyə seçkiləri yaxınlaşdıqca bələdiyyələrin daxilindəki qruplar aktiv fəaliyyətə başlayırlar. Görünən odur ki,bir çox bələdiyyələrdə seçki mühiti yoxdur və bələdiyyələrin böyük bir qismi icra hakimiyyətlərinin daxili bir strukturuna cevrilib. Abşeron rayonunun böyük bələdiyyələrindən biri olan Masazırda da vəziyyət olduqca acınacaqlıdır. 

2000-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayan  Masazır bələdiyyəsi ərazisinə görə Abşeronun ən böyük bələdiyyələrindən biri olsa da bu gün torpaq üçün müraciət edən yerli sakinlərə bir cavab verilir: ”Balansımızda sizə ayrılacaq torpaq yoxdur”...

Əslində isə torpaq sahələrinin olmamasının müəmmalı səbəbləri var. Çünki bələdiyyə torpaqları müxtəlif adamların adına rəsmiləşdirilib və yaxud uzunmüddətli icarəyə verilib.

2001-ci ilin aprelindən bu günə qədər Bəllədiyyə sədri olan Siyanfər Əliyevin əlində yüz hektarlarla torpaq sahəsinin olduğu bildirilir. Masazırda olan əməkdaşımızla söhbətində bu barədə Masazır qəsəbə sakini Vüsal Məmmədov deyib. Qəsəbə sakinin sözlərinə görə 1993-1994-cü illərdə Qarabağda gedən savaşda iştirak edib. Vüsal Məmmədovun sözlərinə 2001-ci ildən bu günə qədər bələdiyyə sədrinin qəbulunda dəfələrlə olmasına baxmayaraq ona yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmayıb. 

Qarabağ veteranı olan Vüsal Məmmədov uzun illər ərzində bələdiyyə sədri tərəfindən aldadılıb. Vüsal Məmmədov əməkdaşımızla söhbətində daha bir maraqlı nüansa toxunub: 

”2009-cu ilin oktyabrın 18-də Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 ünvanında keçirilən torpaq hərracında Masazır bələdiyyəsi alıcılara 91 torpaq sahəsi təklif etmişdi. Lakin həmin hərracda mənim torpaq almamı əngəllədilər. Çünki bu hərrac sadəcə görüntü xarakteri daşıyırdı. Torpağın demək olar ki, hamısı Siyanfər Əliyevin yaxın adamlarına satıldı”.

Siyanfər Əliyevin böyük torpaq sahələrinə sahib olması faktı bir neçə gün öncə öz təsdiqini bir daha tapıb.

Etibarlı mənbədən PİA.AZ-a verilən məlumata görə  “Sevil Massivi” MTK ilə bağlı başlanmış istintaq işində Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev də dindirilib. Mənbənin sözlərinə görə bələdiyyə sədri qeyri qanuni olaraq bələdiyyə torpağını “Sevil Massivi” MTK-ya  uzunmüddətli icarəyə verib. 

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Masazır bələdiyyə sədri Siyanfər Əliyev istintaqa çağırılıb və izahat alınıb. Belə ki, “Sevil Massivi” MTK Siyanfər Əliyevdən Masazır qəsəbəsində icarəyə götürdüyü 30 hektar torpaq sahəsini hasarlayıb və 2016-cı ildə orada yaşayış kompleksi tikmək istəyirmiş. Lakin mətbuata verdiyi açıqlamada Siyafər Əliyev bu məlumatın yalan olduğunu və istintaqa cağrılmadığını desə də, prokurorluq onun istintaqa cağrılması xəbərini təkzib etməyib.

Xatırladaq ki, “Sevil Massivi” MTK-nın vəhabilərə məxsus olması ilə bağlı məlumatlar var.

Bir müddət öncə isə Masazır bələdiyyəsinin üzvləri ölkə başçısı İlham Əliyevə müraciət ünvanlamışdılar. Bələdiyyənin 5 üzvü   “Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin qanunsuz olaraq yüz hektarlarla bələdiyyə torpağını şəxsi marağına uyğun olaraq satdığını” iddia edirdi. 

Masazır bələdiyyəsinin 5 üzvü prezident İlham Əliyev başda olmaqla, rəsmi dövlət qurumlarına, o cümlədən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazdıqları şikayət ərizəsində Masazır bələdiyyəsinin sədrinin qanunsuz əməllərindən cana doyduqlarını açıq şəkildə bəyan ediblər. Onların sözlərinə görə, qanunsuz torpaq satışında yüksək rütbəli məmurların adını hallandıran Siyanfər Əliyev qeyri-qanuni hərəkətlərinə etiraz edən bələdiyyə üzvlərini həbs etməklə hədələyir: 

“Siyanfər Əliyev bələdiyə büdcəsini aidiyyəti üzrə xərcləmir, bələdiyyə iclasının səlahiyyətinə aid olan məsələlər barədə təkbaşına sərəncam verir, keçirilməyən iclasların protokollarını tərtib etdirir və üzvlərə hədə-qorxu gəlməklə protokolları imzaladır” - deyə müraciət müəllifləri bildirirlər. 

Bələdiyyə üzvləri bir müddət əvvəl S.Əliyevin sədrlikdən uzaqlaşdırılması ilə bağlı iclas keçirsə və protokolu Ədliyyə Nazirliyinə göndərsə də, sonradan protokolun ünvana yetişmədiyi bəlli olub: 

“Siyanfər Əliyev hansısa yolla protokolun Ədliyyə Nazirliyinin aidiyyəti qurumuna daxil olmasının qarşısını almışdı. Çünki biz Ədliyyə Nazirliyinə müraciət etdikdə, protokolun nazirliyə daxil olmadığını bildirdilər”. 

Bələdiyyə üzvləri keçirilməyən, amma saxtakarlıqla tərtib edilən son iclas protokollarını imzalamaqdan imtina etdikdən sonra təzyiqlərlə üzləşiblər. Prezidentə müraciətdə də təhlükəsizliklərinin təminini və göstərilən nöqsanlarla bağlı araşdırmanın aparılmasını xahiş edirlər. 

Xatırladaq ki, müraciəti Masazır Bələdiyyəsinin sədr müavini Maşallah Abışov da daxil olmaqla, 5 bələdiyyə üzvü imzalayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar