Sabunçu rayonunda 3 otaqlı evdə yanğın olub
PİA.AZ FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibi məlum olmayan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:24–də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az