Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masonların Bakı toplantısı barədə yeni iddialar


Toplantı üçün Azərbaycanın seçilməsi suallar yaradır; sabiq MTN-çilər müəmmalı məsələlərdən danışdılar


Xəbər verildiyi kimi, ötən həftə dünya masonları Bakıya toplaşıblar. 

Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov vesti.az-a açıqlamasında paytaxtımızda olduğunu təsdiqləyərək, burada bir sıra görüşlər keçirdiyini, danışıqlar apardığını bildirib.

Rusiya mason lojasının rəhbəri bildirib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı olmayıb. “Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım” - deyə o bildirib. 

Qeyd edək ki, Boqdanov ötən il Dağlıq Qarabağa səfər edib və bu üzdən Azərbaycan XİN-in qara siyahısına düşüb. Lakin Azərbaycandan üzr istədiyi üçün adı siyahıdan çıxarılıb. O, 2007-ci ildən Rusiya mason lojasının rəhbəridir, dünyanın bu mifik və gizli təşkilatına mənsubluğunu gizlətmir. Təşkilatın prinsiplərinin əksinə, tez-tez KİV-lərə müsahibələr verir.

Masonların Bakı toplantısı Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Toplantı üçün Bakının seçilməsi və nələrin müzakirə edildiyi suallar yaradır. Bundan əlavə, bu tipli toplantılarının təşkil olunduğu ölkələrin hüquq-mühafizə orqanlarının xəbərdar edilib-edilməməsi, eləcə də onların mühafizəsinin necə təşkil olunduğu suallar doğuran məsələlərdəndir. 



Sülhəddin Əkbər: “Bakıda onlara dəstək verənlər var”


MTN-in (indiki DTX) sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər masonların Bakıya toplanmalarının  səbəbsiz olmadığı qənaətindədir: “Görünür, Bakıda onlara dəstək verənlər var, yaxud yeni üzvlər qəbul olunub. Bu təşkilatın toplantıları üçün yerlər təsadüfən seçilmir. Burada ən çox təhlükəsizlik məsələləri nəzərə alınır. Toplantı təşkil olunarkən iclasın təşkil olunduğu ölkə təhlükəsizlik baxımından təminat verməlidir. Bunu da ya o təşkilatın üzvləri, ya da dəstəkçiləri verə bilərlər. Görünür, Azərbaycanda da həmin mason lojasının strukturu var. Bu olmasa da, dəstəkçilər mümkündür. Bu cür toplantılar üçün elə yerlər seçilir ki, oranın təhlükəsizliyini təmin etmək mümkün olsun. Əgər hoteldə keçirilirsə, hotellərin təhlükəsizliyi qorunur. Zərurət olarsa, təhlükəsizlik üçün yardım istənilir. Burada təkcə hüquq-mühafizə orqanları dedikdə bir sahə nəzərdə tutulmur, polislər də prosesdə iştirak edə bilərlər. Belə toplantılar təhlükəsizlik yüksək səviyyədə olan yerlərdə keçirilir. Bakıda da beşulduzlu hotellər kifayət qədərdir. Bu hotellərin təhlükəsizlik xidməti polis idarələri və xüsusi təhlükəsizlik orqanları ilə əlaqəli şəkildə çalışırlar. Belə tədbirlərdə hansı məsələlərin müzakirə olunduğunu demək çətindir. Çünki iclaslarda kənar şəxslər iştirak etmirlər”.



İlham İsmayıl: “Onlar elə təsəvvür yaradırlar ki, guya yeraltı dünyanın insanlarıdırlar”

Keçmiş MTN polkovniki İlham İsmayıl hesab edir ki, masonların Bakını toplantı üçün seçmələrinə şəhərin maraqlı gəlməsi də səbəb ola bilər: “Mason deyilən məsələ, açığı, mənim üçün az inandırıcıdır. Masonlar agentlik edirlər, informasiya verir, xüsusi xidmət orqanlarının əllərində vasitə olurlar. Mason dünyanı idarə etmir. Bu təşkilatı lap mərkəzləşdirsinlər, Bakıda toplantı keçirsinlər, nə mənası var? Bakıda masonun olduğunu dəqiq bilən varmı? Bu sualları aydınlaşdırmaq lazımdır. Məsələlər qeyri-müəyyəndir. Ona görə dəqiq fikir bildirmək çətindir. Onların adı masondursa, adətən informasiya vermirlər. İstəyirlər ki, onlar barəsində dramatik təsəvvürlər olsun. Ona görə məxfiliyə önəm verirlər. Bu baxımdan, iclas keçirərkən təhlükəsizlik orqanlarını xəbərdar etmələri inandırıcı deyil. Bu tipli şəxslərin mühafizəçiləri ola bilər - görüntü yaratmaq üçün. Yoxsa dövlət adamları deyillər ki, mühafizələri təşkil edilsin. Mason məsələsinə az inandığım üçün hansı məsələləri iclaslarında müzakirə etdikləri barədə falçılıq edə bilmərəm. Onlar elə təsəvvür yaradırlar ki, guya yeraltı dünyanın insanlarıdırlar”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar