Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maydanla “Məhsul”un fərqi


Ukrayna və Azərbaycan xalqı eyni zamanda mübarizə aparır. Kiyevdəki Maydan dünyanın nəzərində mübarizlik simvoluna çevrilib


Azərbaycandakı “Məhsul” meydanı isə nəinki dünyanın, heç ölkə ictimaiyyətinin də diqqətini cəlb edə bilmir. İlk baxışdan, Ukrayna xalqı “obıvatel” üçün mücərrəd ideyalar naminə mübarizə aparır, Azərbaycan xalqını isə nə seçki saxtakarlığı, nə də ki, qiymətlərin bahalaşması daha fəal mübarizəyə qoşulmağa vadar edə bilmir.

İki meydan arasında fərqlər də çoxdur. Çıxışlar, şüarlar, iştirakçılar, nüfuzlu KİV-də proseslərin işıqlandırılması tam fərqlidir. Dünyanın ən nüfuzlu mətbuatı az qala xəbərlər proqramlarına Maydandakı durumu dəyərləndirməklə başlayır. “Məhsul”dakı aksiyalar isə vacib xəbərlər silsiləsinə daxil edilmir.

Dünyanın siyasi güc mərkəzləri açıq şəkildə Ukrayna müxalifətinə dəstək verir, rəsmi Kiyevi zorakı addımlardan çəkindirir. Azərbaycanda isə dünyanın gözü qarşısında insanların ən elementar etiraz aksiyaları qəddarlıqla boğulur və dünya buna seyrçi qalır.
Ukraynanın Avropa ailəsinin üzvü olması məsələsi Qərb üçün artıq həll olunmuş məsələ hesab olunur. Azərbaycan isə hələ də hara gedəcəyini müəyyənləşdirə bilmir. Avroatlantik məkana zəif inteqrasiya cəhdlərini rəsmi Bakı həyata keçirir, Qərb bu prosesi sürətləndirmək barədə düşünmür də.

Ukrayna müxalifəti və cəmiyyəti daha çevik qərarlar qəbul edir. Azərbaycanda isə qiymətlərin bahalanması kimi olduqca mühüm bir məsələdə etiraz planlaşdırmaq üçün 15 gün gözləmək lazım gəlir. 15 gündən sonra keçirilən aksiyada da əsas şüar və çağırışlar bu məsələyə şamil olunmadı, ümumi, son 20 ildə dəfələrlə sınaqdan çıxarılan, artıq  hamını təngə gətirən şüarlar səsləndirilir.

Ukraynada atılan bütün addımlar ardıcıl olur. Hansı məqamda, hansı addımın atılacağı öncədən planlaşdırılır. Azərbaycanda isə ardıcıl taktiki gedişlər və strateji xətt ümumiyyətlə gözə dəymir.

Ukrayna müxalifəti bütün narazılıqlarına baxmayaraq, həbsdə olan Yuliya Timoşenkonu lider kimi qəbul edir. Ukraynanın gənclər təşkilatları hədəf kimi yalnız iqtidar piramidasının zirvəsində duranları seçir. Azərbaycanda isə ən radikal gənclik belə bir-birinin “qanına susayıb”.

Maydanda Ukrayna mədəniyyət və incəsənətinin ulduzları çıxış edir. Ruslana mitinqçilərlə gecələyir. Azərbaycanda isə Aygün Kazımovanın bahalı avtomobilini seyr etmək üçün insanlar saatlarla növbəyə durur. Ukraynada vətəndaşlıq mövqeyi olmayan sənətçiyə rəğbət ola bilməzdi. Başlıca fərqimiz də elə budur.

Ukrayna polisi ona verilən əmri icra edərkən, anlayır ki, qarşısındakı öz xalqıdır, odur ki, aksiyaların dağıdılması əmrini, sadəcə olaraq, “yola verir”. Azərbaycan polisi isə hətta verilən əmri o dərəcədə qəddarcasına həyata keçirir ki, yuxarıları belə pis vəziyyətdə qoyur.

Ukrayna iqtidarı istefa verəndən sonra da öz ölkəsində yaşamaq istəyir. Elə bu səbəbdən Kuçma, Yuşşenko ölkəsində sərbəst yaşaya bilir. Azərbaycanda isə hakimiyyətdən getmək ölümə bərabər hesab olunur.

Ukraynada cəmiyyət daima ayaqdadır, haqqını qorumağı bacarır, ədaləti bərpa etmək gücündədir. Azərbaycanda isə cəmiyyət yox dərəcəsindədir. Dindarı Şeyx Nəsrullaha, ziyalısı Xudayar bəyə, obıvateli Novruzəliyə bənzəyən xalq Ukrayna kimi azad cəmiyyət qurmaq imkanında deyil.

Coğrafiyamızla yanaşı, mentalitetimiz də fərqlidir. Ukrayna Avropadır, Azərbaycan Şərqdir.

Ukrayna Avropanın bir hissəsi olduğu üçün Avropa da bu ölkəni özünə doğma bilir. Azərbaycan isə Avropadan məsafəcə uzaqdır və buranın  neft qoxuyan Şərq ölkəsi olaraq qalmasında Qərb özü də maraqlıdır. Dünyanı idarə edənlərə “müsəlman ölkəsində demokratiya ola bilməz” tezisini isbat etmək son dərəcə vacibdir.

Ukrayna xalqı daha çevikdir. Azərbaycanda isə sırf şərqsayağı tənbəllik hərəkətverici amilə çevrilib. Hər halda, 40 dərəcəlik şaxtada yaşamağın çətinliyi 40 dərəcə isti təbiətin verdiyi komfortdan fərqlidir. Biri insanları mübarizliyə, digəri isə tənbəlliyə alışdırır.
Ukrayna hətta sovet dönəmində də dissidentləri ilə seçilirdi. Bu ölkədə mübarizə aparmaq təcrübəsi xeyli böyükdür.

Heç bir parametrinə görə Ukrayna Azərbaycan deyil. Hətta əhalisinin sayı və ərazisinə görə Ukrayna Azərbaycandan çox fərqlidir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar