Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi köçkünlər etiraz etdi -Video


Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir qrup məcburi köçkün yaşadıqları binanın qarşısında ticarət obyektlərinin tikilməsinə etiraz ediblər


PİA.AZ-ın Axar.az-a istinadən məlumatına görə, sakinlərin narazılığına səbəb, binalarının qarşısında istirahət üçün nəzərdə tutulmuş yaşıllıqların məhv edilməsi və yerində obyekt tikilməsidir.

Artıq tikiləcək obyektlərdən bəzilərinin bünovrəsi qazılıb, bəzilərinin isə yeri işarələnib.

Hətta sakinlərin dayanacaq kimi istifadə etdikləri yerdə də ticarət obyekti tikilib. Etirazçıların sözlərinə görə, yaşıllıqları məhv etmək üçün MİS nümayəndələri parkın suvarma sistemini bağlayıb, ağacları qurutmağa çalışırlar. 

Sakinlər deyir ki, dəfələrlə imza toplayıb Mənzil İstismar Sahəsinə və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, cavab ala bilməyiblər. Heç bir qurum məsələni öz üzərinə götürməyib.

Qəsəbə sakini Nurlan Əliyev, onlara qarşı edilən haqsızlıqları ictimailəşdirərək problemə aidiyyatı dövlət qurumlarının diqqətini cəlb etmək istədiklərini bildirib: "Yaşadığımız binanın düz qarşısında obyektlər tikilir. Ancaq o ərazi bina sakinlərinin istirahəti üçün nəzərdə tutulub. Burada yüzdən çox uşaq var. Onlar həyətə düşəndə oynamağa yer tapmayacaqlar. İstirahət üçün qoyulan oturacaqlar bir gecədə yığışdırılıb, satılıb. 50-dən çox ağac kökündən çıxarılıb, qalanları da məqsədli şəkildə məhv edilir".

Nurlan Əliyevin dediyinə görə, məqsəd bu yaşıllığın yerində sıra ilə obyektlər tikib istifadəyə verməkdir: "Ancaq buna kim icazə verib bilmirik. Heç kim bu qanunsuzluğa dur demir. Özbaşınalıq baş alıb gedir".

Sakinlər bu hadisələrin başında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Pənah adlı şəxsin durduğunu bildirirlər. Ancaq onun kim olduğunu şikayətçilər də bilmir.

Apardığımız müşahidələrdən bəlli oldu ki, hətta binadakı boş mənzillər də "gözəllik salonu, dərzi, geyim dükanları" kimi istifadə edilir. Sakinlər binanın zirzəmilərinin də tamamilə satılaraq özəlləşdirildiyini deyirlər.

Nurlan Əliyev deyir ki, imza toplayıb aidiyyatı qurumlara müraciət ediləcək, əgər şikayətə baxan olmasa, yaxın günlərdə etiraz edib yolu bağlamağı düşünürlər: "Nəyin bahasına olursa olsun, binanın qarşısında tikinti aparılmasına imkan verməyəcəyik".



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar