Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi köçkünlərə şad xəbər


Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllənin inşası davam edir


Pia.az-ın məlumatına görə, tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası inşa edilib. Binalardakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlıdır.

Hazırda binalarda döşəmə, kafel-metlax işləri aparılır, fasad hissələrə üzlük daşlar vurulur. 640 şagird yerlik məktəbin, 140 yerlik uşaq bağçasının, ATS-in, qazanxana binasının, elektrik xətləri üçün 3 ədəd yarımstansiyanın, mərkəzləşdirilmiş kanalizasiya sisteminin, su təchizatı obyektlərinin (2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasos, 2 nasos stansiyası) və məhəllədaxili yolların tikintisi aparılır. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları tikiləcək.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 700-ə yaxın işçi çalışır.
Yaşayış məhəlləsində tikintinin gələn ilin fevral ayında başa çatdırılması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar