Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət və İncəsənət Universitetinin saxta diplom əməliyyatı


Saxta diplom hazırlayan universitet müəllimləri olublar


  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri barədə cinayət işi başlanıb.

Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Sərhəd Xidmətindən daxil olmuş material üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanov ilə əlbir olub insanları aldatması məlum olub. Onlar aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürüldüyünü bildiriblər. Həmin akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim ediblər. 

Habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub, Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsindən stomatologiya fakultəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd ediblər. 

Ondan 10 min manat məbləğində pulu almaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurublar.

Bu ittihamlarda şübhələr üçün əsaslar olduğundan M.Məmmədov və N.Süleymanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə), L.Əliyevə isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan ediliblər.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar