Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev baş gömrükçünü istefaya göndərib


Rusiyanın baş naziri Dmitri Medvedev Federal Gömrük Xidmətinin başçısı Andrey Belyaninovun istefası haqqında sərəncam imzalayıb


Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəddə Belyaninovun öz xahişi ilə vəzifədən azad edildiyi deyilir.
 
Vladimir Bulavin Federal Gömrük Xidmətinin yeni rəhbəri təyin edilib. O, daha əvvəl şimal-qərb federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi idi.
 
Xatırladaq ki, iyunun 26-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib. İstintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb. Axtarışlar həmçinin Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.
 
Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərində aparılıb. Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə faktlara malikdir.  Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları aşkarlanıb.
 
Qeyd edək ki, axtarış zamanı  Andrey Belyaninovun evində ayaqqabı qutularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Bundan başqa, tədqiqatçılar onun Moskvadakı üç mənzilində axtarışlar aparıblar.
 
Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır. Belyaninov müstəntiqlərə izah etdi ki, onun evində tapılmış pul “ailə yığımları”dır.
 
Dünən  “Slon.ru” saytı Belyaninovun həbsini istisna etməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar