Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə 15 gün vaxt verdi, Akif Çovdarov aclığı dayandırdı


Günün ikinci yarısında davam edən prosesdə Çovdarovun səhhətində olan problemlərlə bağlı məsələlər müzakirə edilib


Vəkillər Çovdarov barəsində ekspertiza keçirilməsini istəyiblər.
 
Bu barədə Lent.az-a vəkil Sadiq Rəsulov məlumat verib.
 
O bildirib ki, Çovdarovu müayinə edən həkimlər tərəfindən rəy tərtib olunub: "Rəydə bildirilib ki, Çovdarov barəsində ekspertiza keçirilməsi üçün onun aclıq aksiyasını dayandırması lazımdır. Çovdarov 40 günə yaxındır ki, aclıq edir. Həkimlər deyir ki, yoxlama aparılması üçün xəstənin orqanizm sistemi normal olmalıdır. Çünki Çovdarovun orqanizmi çox zəifləyib".
 
Vəkilin sözlərinə görə, Çovdarov barəsində eskpertiza aparılması üçün məhkəmə tərəfindən 15 gün vaxt verilib: "Bu müddət ərzində onu orqanizminin normalaşması və səhhətinin yaxşılaşması üçün xüsusi nəzarətdə saxlayacaqlar. Çovdarov xüsusi pəhrizlə qidalanacaq. Çovdarovun vəziyyəti normalaşandan sonra onun barəsində eskpertiza aparılacaq".
 
Sadiq Rəsulov onu da qeyd edib ki,  Akif Çovdarov bu gündən aclığı dayandırır: "Bununla da bağlı saxlandığı müəssisənin rəhbərliyinə rəsmi şəkildə məlumat veriləcək".
 
 
Proses dekabrın 19-a qədər təxirə salınıb.
 
***

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutur.
 
Məhkəmədə jurnalistlərin iştirakına icazə verilmir. Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə media nümayəndələrinə proses barədə məlumat verib.
 
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsin anasının 3 mərasiminə buraxılması ilə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
 
O bildirib ki, prosesdə zərərçəkən brilyant alveri ilə məşğul olan Şahmar Qurbanovun epizodu üzrə şahid dindirilib.
 
Zərərçəkənin keçmiş həyat yoldaşı Nigar Məmmədova ifadə verib. O, ifadəsini xatırlamadığını və oxumadan qol çəkdiyini bildirib.
 
Şahid məhkəmədə  bildirib ki,  istintaqa ifadə verən zaman keçmiş həyat yoldaşı Şahmar Qurbanovun dediklərini deyib.
 
O, Akif Çovdarovun tanımadığını və adını eşitmədiyini bildirib.
 
Şahmar Qurbanov isə jurnalistlərə açıqlamasında bildirib ki, keçmiş həyat yoldaşı məhkəmədə MTN-ə verilməsi üçün iki evin, maşınlarının və sexinin satıldığını təsdiqləyib: "Yoldaşım təsdiqlədi bu faktları. O, Akif Çovdarova verilən pullardan xəbərdar olduğunu dedi. Hətta mənimlə Akif Çovdarovun yaxın adamı İsgəndərin Çovdarov və Eldar Mahmudov üçün briliant gətirdiyini də qeyd etdi. Ümumilikdə 1 milyona yaxın zərər çəkdiyimiz haqqında danışdı".
 
Xatırladaq ki, Şahmar Qurbanov ifadəsində Akif Çovdarovun ondan hədə qorxu ilə  500 min dollar nağd pul və 380 min dollarlıq briliant aldığını bildirib.
 
Proses fasilədən sonra davam edəcək.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar