Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Telman İsmayılovla bağlı qərar verdi

Moskva vilayətinin arbitraj məhkəməsi "AST" şirkətlər qrupunun yaradıcısı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflis elan edilməsi qərarını ləğv etmiş Apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb


PİA.AZ-ın anspress-ə istinadən məlumatına görə, Moskva vilayətinin Arbitraj Məhkəməsi ötən ilin dekabr ayında vətəndaş Boris Zubkovun ərizəsi əsasında İsmayıloviu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı.
 
Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.
 
25 fevral tarixinə qədər İsmayılov barəsində 10 kreditordan tələb daxil olub. Bunlardan doqquzu hüquqi, biri isə fiziki şəxsdir. VTB qrupuna daxil olan «Moskva Bankı» Telman İsmayılova 286,4 milyon dollar və 3,4 milyard rubl tələb irəli sürüb. Bundan əlavə, bir sıra Kipr şirkəti 120 milyard rublluq iddia ilə çıxış edib. "Atlant-finans" Qapalı İnvestisiya Pensiya Fondunun idarəedicisi olan «İK Kapital» MMC 5,6 milyard və 6,8 milyon rubl tələb irəli sürüb. Nəhayət, vətəndaş Maşitski 2 milyard rubl tələb edir.
 
"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar